1
Yorum
3
Beğeni
4,7
Puan
938
Okunma

.....QIZILBAŞ.....
OLDUM
Ağladım ürəkdən döküldüm gözdən
Damla,damla axdım gözdə yaş oldum
MƏN ŞAH’I MƏRDANA bağlandım özdən
ŞAH İSMAİL kimin qızılbaş oldum
Nəsimi tək olub soyulmuşam mən
Fûzuli xarcında yoğrulmuşam mən
Yönüm kərbəlâ’ya doğrulmuşam mən
Sanmayınki içib bir ayyaş oldum
Dillərə düşmüşəm divanələrdə
Özümnən geçmişəm viranələrdə
Məscidlərdə dəyil meyxanələrdə
Xizmətə sunulan bir fərraş oldum
İçmişəm Abbas’ın sunduğu meydən
Pir sultanam səsim gəlirsə xoy’dan
Ox olub çıxdımsa gərilən yaydan
Bilinki rahim’i bir sırdaş oldum
rahim’i
5.0
67% (2)
4.0
33% (1)