1
Yorum
3
Beğeni
5,0
Puan
683
Okunma

Saçlarından bir hörümlük ver mənə
Səhər hörüm axşamları dağıdım
Eşqin vurub ürəyimin başına
Ərşə çıxıb nalə figan ağıdım
Kirpiklərin ox eyliyip saxlaram
Öz yerində gedip gəlib yoxlaram
O ki gördüm əl əyağım üzüldü
Rahim’i’yı ürəyindən oxlaram
Baxışların fərman edir könlümə
Gülüşlərin ömür qatır ömrümə
Varsa əğər bu aşiqdən isdəyin
Gəl canımı verim sənin əmrinə
Dən düşsədə saçlarının telinə
Dəyişmənəm səni qafqas elinə
Qocalsanda eyaqların tutmasa
Sarılaram o bükülən belinə
...rahim’i
5.0
100% (1)