eflatun.kesheli
332 şiiri kayıtlı

HƏR KƏSİN DƏYƏRİ, BİR ÇƏKİSİ VAR

eflatun.kesheli
  5,0 / 2 kişi ·2 beğenme · 0 yorum · 120 okunma

HƏR KƏSİN DƏYƏRİ, BİR ÇƏKİSİ VAR


Hər kəsin dəyəri, bir çəkisi var,
Yaxşıya heç yaman demək olarmı?
Ağıllı insandan görünər mərfət,
Ağılsız nəsihət, öyüd alarmı?

Xain, qarnı qurdlu haqq işi pozar,
Bədəsil düz getməz, yolunu azar.
Kəmfürsət çalışıb hey quyu qazar,
Xeyirxah işləri yada salarmı?

Yaltaq durub nakişini öyməsə,
Naşı adam düzən işi əyməsə,
Bir bağa ki xoryat əli dəyməsə,
Açılan çiçəklər küsüb, solarmı?

Qardaş qardaşına badaq gəlirsə,
Hər alçaq özünü kişi bilirsə,
Ağsaqqal dədəyə gədə gülürsə,
Ortada etibar, inam qalarmı?

Dünyanın hər işi düzən olarsa,
Haqqı könüllərə yazan olarsa,
Bağçadan qanqalı üzən olarsa,
Əflatun düşünüb, fikrə dalarmı?
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
HƏR KƏSİN DƏYƏRİ, BİR ÇƏKİSİ VAR şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

HƏR KƏSİN DƏYƏRİ, BİR ÇƏKİSİ VAR şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.