eflatun.kesheli
334 şiiri kayıtlı

ŞAİR İDRİS BABAYEVLƏ DEYİŞMƏ

eflatun.kesheli
  5,0 / 1 kişi ·3 beğenme · 0 yorum · 103 okunma

ŞAİR İDRİS BABAYEVLƏ DEYİŞMƏ


Əflatun Hüseynoğlu :
Dostum, ataq qəm-kədəri könüldən,
Bayram günü bir sevinək, bir gülək.
Çiçəklənsin ömrümüzün hər günü,
Başa varsın xoş arzular, xoş dilək.

İ. Babayev :
Çox nəğmə qoşmuşuq bülbülə, gülə,
Düşüb gül üstünə şeh gilə-gilə.
Vəsf edək bayramı biz gülə-gülə,
Kədəri itirək, sevinci bölək.

Ə. Hüseynoğlu :
Qiymət qoyduq həm yaxşıya, həm pisə,
Öz bəxtindən kim inciyə, kim küsə?
Bu günümüz keçib getdi nə isə,
Gələn günü ömrümüzə yar bilək.

İ. Babayev :
Tuş olmuşam neçə kərə qınağa,
Çəkilmişəm mən söz ilə sınağa.
İcazə ver bir söz deyim ay qağa,
Yaxşını saxlayaq, pisləri silək.

Ə. Hüseynoğlu :
Hər günümüz bir-birindən şad olsun,
Halal loxma ağzımızda dad olsun.
Yalan-qeybət qoy bizlərə yad olsun,
Yol tapmasın qarşımıza tor, kələk.

İ. Babayev :
Çoxalıbdır mərdə quyu qazanlar,
Başdan aşır şer-qəzəl yazanlar.
Düzəndən çox vardır işi pozanlar,
Gəl bir olaq, nanəcibə güc gələk.

Ə. Hüseynoğlu :
Ara qatan müxənnəti xar olsun,
Yaxşı dostu, mərd insanı var olsun.
Haq deyənə Tanrı özü yar olsun,
Lazım gəlsə mərd yolunda lap ölək.

İ. Babayev :
Dost yolunda ölümə də hazıram,
Deyişmədə bədahətən yazıram.
Söz əkəndə yerin dərin qazıram,
Gəl birləşək, ikimiz də bir əkək.

Ə. Hüseynoğlu :
Əl tutanın Haqq başından var ələr,
Əflatuna xoş sorağı tez gələr.
Harda olsa səs-sədası yüksələr,
Hesab edək xeyirxahı bir mələk.

İ. Babayev :
İdrisəm, yox mənim külüngüm, yabam,
Söz mülkündə mülkədaram, ərbabam.
Deyişmədə Əflatuna həmbabam,
İstəsən meydan aç, bir də deyişək.
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
ŞAİR İDRİS BABAYEVLƏ DEYİŞMƏ şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

ŞAİR İDRİS BABAYEVLƏ DEYİŞMƏ şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.