1
Yorum
3
Beğeni
5,0
Puan
765
Okunma
Bir ləbi ballının, üzü xallının,
Bir əcəb hallının müştağıyam mən.
Bir dili allının, qeylü-qallının,
Bir gözəl sallının müştağıyam mən.
Dodağı qönçədi, beli incədi,
Ədəbi öncədi, sinə gencədi.
Dedim ki, məncədi? Dedi, səncədi,
Bu dövlət-mallının müştağıyam mən.
Qaməti düzəndi, canım üzəndi,
Tovuz tək gəzəndi, qıyqac süzəndi.
Əflatun yazandı, demə bezəndi,
Bir adı Şallının müştağıyam mən.
5.0
100% (1)