eflatun.kesheli
333 şiiri kayıtlı

SƏNİ (Ustadnamə )

eflatun.kesheli
  5,0 / 3 kişi ·5 beğenme · 1 yorum · 120 okunma

SƏNİ (Ustadnamə )


Namərd şah da olsa kölgəsi yalan,
Sığınsan daha da yandırar səni.
Yoxdur etibarı, yoxdur vəfası,
Uyma kor şeytana, qandırar səni.

İlğımlar su deyil, aldanıb dalma,
Yağlı vəd verənin sözünü alma.
Hər görünən oda meylini salma,
İsitməz istisi, dondurar səni.

Hər üzə güləndən dost, sirdaş olmaz,
Arxa sandığın kəs qeydinə qalmaz.
Uca dağ bildiyin başına almaz,
Alçaq bir təpəyə qondurar səni.

Dolan hər tərəfi, gəz hər bir yanı,
Sən gəzən insanlar tapılmaz, hanı?
Nə çoxdur dünyanın axmaq nadanı,
Alışsan şam kimi, söndürər səni.

Çağır Yaradanı hoyuna yetə,
Əflatun, yolunda al güllər bitə.
Əgər fürsət versən hər müxənnətə,
Ayaqlar altına endirər səni.
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
SƏNİ (Ustadnamə ) şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

SƏNİ (Ustadnamə ) şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
İsmailoğlu Mustafa YILMAZ
16 Temmuz 2019 Salı 15:47:49
GÖNÜL DOSTU;

Severek ve haz alarak okunan dizeler…
Güzel şiirdi, tebrikler...

....................................... Selam ve saygılar..
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.