1
Yorum
1
Beğeni
5,0
Puan
706
Okunma
Gözəl niyyət ilə, xoş əməllərlə
Tanrı dərgahına ucalan da var.
Ömrü saman kimi verib yellərə,
Havanı korlayıb qocalan da var.
Elin qeyrətini çəkən oğullar,
Qanını şərəflə tökən oğullar,
Yağının yurdunu əkən oğullar,
Hünərə sarılıb öc alan da var.
Əflatun, sözlərin deyildir yalan,
Yaltağın dünyası talandır, talan.
İgidlik göstərib, qəhrəman olan,
Xalqından layiqli tac alan da var.
5.0
100% (1)