Kahramanlara tapınma, insan özgürlüğüne en az saygı duyulan yerlerde doruklara çıkar. Herbert Spencer [Paylaş]
E-mail: Şifre: Facebook ile bağlan Üye ol | Şifremi Unuttum
Türkiye Şiir Platformu
ANASAYFA ŞİİRLER Edebiyat Defteri YAZILAR Edebiyat Defteri FORUM Edebiyat Defteri ETKİNLİKLER Edebiyat Defteri NEDİR? Edebiyat Defteri Kitap KİTAP  Edebiyat Defteri Tv TİVİ Edebiyat Defteri Sesli Şiirler MÜZİK Edebiyat Defteri BLOG Edebiyat Defteri Atölyeler ATÖLYE  Edebiyat Defteri BİCÜMLE Edebiyat Defteri ARAMA Edebiyat Defteri İLETİŞİM
Şiir Puan
1 2 3 4 5
 

10 10 4
Toplam: 20.0 puan
4 kişi puan vermiş.


Şiir Bilgi
20.5.2019 tarihinde eklendi.
329 çoğul gösterim
217 tekil gösterim
2 yorum
4 kişi beğendi.
Portfolyo: Genel
Şiiri Beğenenler
En son eklediği şiirler

Qamını qocalt.🌺🌺 Ezizim


QƏMİNİ QOCALT

 Mən kimə yazıram ürək sözümü,
Ürəyin yarısın itirmişəmsə,
Varlığın ağ etməz daha üzümü,
Məni yoxluğunda bitirmişəmsə.

Belə qəmgin olma atam balası,
Yad gəlib,yad gedər bəşərin oğlu,
Gözümdən uzaqdır gözüm qarası,
Heyif gec ayılır bəşərin ağlı.

Özünü sev ,məni,onu,bunu sev,
Qürurunu kiçilt,özünü ucalt,
Əvvəl ruhunu sev,sonra canı sev,
Qəlbi cavan saxla,qəmini qocalt!

 

 

ƏZİZİM

Qəlbimin qapısı açıq qalıbdır
Yel vurub yengələr oynar içimdə
Ruhumun vədəsi tamam olubdu,
Yaxşı -pis nə varsa qaynar içimdə.

Cismim toprağının borcun gəzdirir,
Qorxuram da deyəm, canı gəl götür,
Ürək dərd yığmağa xurcun gəzdirir,
Nəfsim, bu dünyadan, nolar ,əl götür!

Hər gün ağacımdan bir yarpaq düşür,
Mən nə ağacıydım hələ bilmirəm,
Başım göylə, köküm yerlə əlləşir,
Həm burda,həm orda ola bilmirəm.

Şikayət etməyə öyrəşməmişəm,
Odur birtəhər dözürəm,əzizim!
Mən olmaqdan hələ vaz keçməmişəm,
Kirpiyimlə gor qazıram,əzizim!

Dilarə Hacıyeva (Dilara Suleyman Çarıkçı)
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.




bir daha gün
 Yorumlar
 robinson7575
 
21 Mayıs 2019 Salı 02:13:34
tebrik ederim gonul dostu kaleminden siir yureginden sevgi eksik olmasin selam ve sevgilerimlle
uregin var olsun saire hanim
 Işık Mehmetali
 
20 Mayıs 2019 Pazartesi 21:02:05
Qəlbimin qapısı açıq qalıbdır
Yel vurub yengələr oynar içimdə

Çox gözel iki şeir oxudum üreyine qelemine sağlık
____________________________________Salamlar


Qamını qocalt.🌺🌺 Ezizim şiirine yorum yazabilmeniz için üye olmalısınız.

Üye değilseniz üye olmak için tıklayın.


Üye ol Şifremi Unuttum