1
Yorum
3
Beğeni
5,0
Puan
511
Okunma
Ömür sərmayədir, qiyməti baha,
Onu sən ucuza, hədərə vermə.
Verəndə xoş günə, xoş əyyama ver,
Qəm-qüssə yolunda kədərə vermə.
Sevgi dənizində ax da, könül ver,
Haqq verən məqama, taxta könül ver.
Üzünə şad gələn baxta könül ver,
Yalan-yanlış keçən qədərə vermə.
Əflatun, şeytanda hər cür tor olar,
Gözəl dediyi şey qəlbə qor olar.
Bu gün aldanarsan, sonra zor olar,
Bağçanın gülünü o dərə, vermə.
5.0
100% (2)