0
Yorum
3
Beğeni
5,0
Puan
558
Okunma
Yeyirlər xımır-xımır,
Səni yada salmırlar.
İlahi, bu dünyada
Nankorların nə çoxdur.
Kafirin, zülümkarın
İştahı yaman artıb,
Şükür deyən bir dili,
Nə də imanı yoxdur.
Yesinlər, yedikləri
Bir gün gözdən gələcək,
Çünki halal verdiyin
Haramzadəyə oxdur.
Əl-həmdü lillah deyim,
Qismətim səndən gəlir.
Əflatunun dünyada
Gözü həmişə toxdur.
5.0
100% (2)