3
Yorum
7
Beğeni
5,0
Puan
925
Okunma
Offf,nə qədər g...lər
sırtımda şalvar dağıtdı,
ayaqlar ləpir qoydu,
əliboş misafirlərin
əlində qaldı yaxam,
arxasınca darı süpürgəsi
tozuma söydü,
ev yiyəsi arxasız içimə.
Masa üzü görmədim,
barı üstündə səbzə
doğranası,
ev üzü görmədim
bir bucağında
adam kimi adamı
olsun,
həp gördüklərim,duyduqlarım
turşu yemiş qarınların
pis qoxuları oldu,
yazın sıcağında,qışın
zəlhəzəlində həp...
Bu da ilsonu...
Göbələk dərimlə
paslanmış kəmiklərimi
zor tutmuşam,
bir bahar da yaşamaq
umudunda...
Ayaqlarımı altına
yığıb oturmuş biriyəm.
Mən,mən əski taburet...
5.0
100% (5)