1
Yorum
5
Beğeni
5,0
Puan
550
Okunma
Bir adam ki adamlığı bilməyə,
Onun sifətində nur olmaz-olmaz.
Yalanı, böhtanı deyər qırmızı,
Yoxlasan heç namus, ar olmaz-olmaz.
Onun üz-gözünü şeytan yalayır,
Hamını tikanlı sözlə dalayır.
Özü öz canını oda qalayır,
Demə ki qeyrəti var, olmaz-olmaz.
El ilə şad olub, danışıb-gülməz,
Bir yetim görəndə yaşını silməz,
Böyüyün-kiçiyin yerini bilməz,
Beləsi heç kimə yar olmaz-olmaz.
Əflatun, sözünü sən eylə kəsə,
Hər insan göstərər əsli nə isə.
Qarğa qartal ilə girəmməz bəhsə,
Tülək tərlan dönüb sar olmaz-olmaz.
28.08.2018.
5.0
100% (2)