3
Yorum
7
Beğeni
5,0
Puan
603
Okunma
Oxuyursan şən nəğmələr,
Öz dilində sən ay bülbül.
Gül-çiçəyə məhəbbətin
Ömrün ilə tən ay bülbül.
Nə gözəldi bu xoş çağın,
Qoy var olsun güllü bağın.
Başı qarlı uca dağın
Bürüməsin çən ay bülbül.
Ürəyini dərdə salan,
Qəmdən könlü talan olan,
O səsindən ilham alan
Əflatunam mən ay bülbül.
27.08.2018.
5.0
100% (4)