4
Yorum
6
Beğeni
5,0
Puan
641
Okunma
Bir dostumun xahişi ilə. Atanın dilindən oğluna xeyir-dua
Allahın nəzəri olsun üstündə,
Sən bir ailənin barısan oğul.
Sevinər dost-tanış, qohum-əqrəban,
Bəxtindən kam alıb, yarısan oğul.
Artıq böyümüsən, bir igidsən sən,
Yaxşıya-yamana qiymət verənsən.
Elə ol, tay-tuşun dərs alsın səndən,
Atanın könlünün varısan oğul.
Həyat arzuların çin olsun, yaşa,
Qoy ömür karvanın getməsin boşa.
Zəhmətlə gəlmisən bil, boya-başa,
Parlayan dünyamın nurusan oğul.
Əflatun adına şeir bağlayır,
Uğurun düşmənlər qəlbin dağlayır.
Sönməyən həvəsin coşub-çağlayır,
İşıqlı yollara sarısan oğul.
5.0
100% (5)