Gün geldi ağladığım günlere ağladım. hz. ebubekir
eflatun.kesheli
eflatun.kesheli

EYLƏYİBDİR

Yorum

EYLƏYİBDİR

( 4 kişi )

1

Yorum

5

Beğeni

5,0

Puan

658

Okunma

EYLƏYİBDİR

Arxivimi eşələyirdim. Əlimə 1985-ci ilə aid şerlər olan şagird dəftəri keçdi. Vərəqlədikcə köhnə xatirələrim gözümdə canlandı. Xəyalən bir günlük o illərimi yaşadım.
Dağ Borçalının Yırğançay kəndi. Ömrümün xoşbəxt uşaqlıq çağlarını yaşadığım bu doğma kənddə bir dostum vardı. Ustad aşıq Mahmud Mustafa oğlu Hacıyev. Şirin avazı ilə könülləri ovsunlayan bu xalq ozanı gəncliyindən göz nuruna həsrət qalmışdır. Buna görə də özünə " Söngün " təxəllüsü götürmüşdür. O vaxt mən poçtda işləyirdim və aşıq Mahmudla demək olar ki, hər gün görüşürdüm. Qəzetlərdəki məlumatları məndən öyrənirdi. Bəzən məni evinə aparar, axşama kimi buraxmazdı. Səliqə ilə yazılmış şer dəftərlərini mənə oxutdurar, diqqətlə qulaq asardı. Çox güclü hafizəsi vardı. Bilmədiyi üç bəndlik yeni bir şerə bircə dəfə qulaq asar, sonra sazı sinəsinə basıb şirin avazla oxuyardı. Bir dəfə özünün bir yanıqlı şerini " Mansırı " havasında oxudu. Çox təsirləndim. Ordaca bir qoşma yazıb özünə oxudum. Bir dəfə dinləməklə dərhal əzbərləyib " Qəhrəmanı " havasında oxudu. Bu gözəl el aşığı 1996-cı ildə 65 yaşında Haqqın rəhmətinə qovuşub. Allah rəhmət eləsin. O vaxt ona yazdığım şeri indi tapıb sizə təqdim edirəm əziz dostlar. Xatirələr məni kövrəltdi. Ruhunuz şad, ovqatınız xoş olsun!

Mahmud əmi, sözün alova dönüb,
Yandırıb qəlbini köz eyləyibdir.
Sənin gözlərinə fələk qıysa da,
Sinənə dastanlar iz eyləyibdir.

Elimin nəğməli, şən bülbülüsən,
Şirin avazısan, şirin dilisən.
Bu qoca dağların axan selisən,
Tanrı qismətini saz eyləyibdir.

Əflatun vurğundu sən tək insana,
Hər sözün-söhbətin yayılır cana.
Demə ki " Söngünsən " sən yana-yana,
Gözəllər eşqinə naz eyləyibdir.
29.07.1985.

Paylaş:
5 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (4)

5.0

100% (4)

EylƏyibdir Şiirine Yorum Yap
Okuduğunuz EylƏyibdir şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
EYLƏYİBDİR şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
İsmailoğlu Mustafa YILMAZ
İsmailoğlu Mustafa YILMAZ, @ismailoglumustafayilmaz
29.7.2018 18:36:18
Gizemli de olsa şiirin her türlüsü okunmalı...0
Gönlüne ve kalemine sağık...
............................................... Saygı ve selamlar..
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL