2
Yorum
3
Beğeni
5,0
Puan
1080
Okunma
Adil Cəfakeş:
Quşa nisbət bir heyvanat görmüşəm,
Başında yox, qarnındadı dimdiyi.
İş zamanı bağırsağı tökülür,
Çəksən cəmi yüz qramdı cəmdəyi.
Əflatun:
O heyvanın mən adını söyləyim,
Tərəzidi, qarnındadı dimdiyi.
Yük vuranda içdən yayı tökülür,
Ağırlıqda yüz qramdı cəmdəyi.
Adil Cəfakeş:
Başdan-başa müəmmadı, müəmma,
Uçmasa da, göylə gedir daima.
Cəmisi on dimdik vurur o, amma
Heç nə yemir, daim boşdu dənliyi.
Əflatun:
İnsana xas bir əməldi, müəmma,
Havadadı, əldə gəzər daima.
On rəqəmə dimdik vurar o, amma
İştahı yox, dəmirdəndi dənliyi.
Adil Cəfakeş:
Cəfakeşəm, nə qaşı var, nə gözü,
Bircə barmağı var, tək bircə üzü.
Haqqa tərəfdardı, çox sevir düzü,
Fəhmi olduğu tək görür hər şeyi.
Əflatun:
Cansız əşya neyləyəcək qaş-gözü,
Yük çəkməyə bir barmağı, bir üzü.
Əflatunam, budur sözün lap düzü,
Marağım var öyrənməyə hər şeyi.
5.0
100% (2)