2
Yorum
2
Beğeni
5,0
Puan
759
Okunma
Elə bilmə şeriyyətdə ustasan,
Aləm bilir, sən dayazsan, sən dayaz.
Yeri gəlsə dürrü-gövhər saçaram,
Al əlinə dəftər-qələm, sən də yaz.
Gör təcnisi necə yazır ustalar,
Usta yanda o cəsədin ustalar.
Başın şişib, xəyalın alt-üst olar,
Zimistansan, heç açılmaz səndə yaz.
Əflatunam, söz demərəm üzbəri,
Dəryadasan, boğularsan, üz bəri.
Ağlın çaşıb, unudursan əzbəri,
Xəzandasan, gəlməz diləsəndə yaz.
5.0
100% (2)