1
Yorum
1
Beğeni
5,0
Puan
710
Okunma
Nə isə, mənim də qismətimə dağlar haqqında qəmli şerlər yazmaq düşüb. Özüm Dağ Borçalıda anadan olmuşam, Aran Borçalıda ömür sürürəm. Hərdənbir yaz-yay aylarında gedib o müqəddəs dağları ziyarət edirəm. Bir dəfə yenə yaz vaxtı yönüm Başkeçid dağlarına düşmüşdü. Kəndlərin çoxunu boşalmış, dağları pərişan gördüm. Çox mütəəssir oldum. Dilimdən bu kəlmələr süzüldü:
Bir danışsan gördüyünü,
Niyə yoxdur dilin dağlar?
Boşalıbdır kənd-kəsəyin,
Hanı sənin elin, dağlar?
Obalara köç düşəndə,
Ağladınmı duman-çəndə,
Nə vüqardı belə səndə,
Qırılmadı belin dağlar?
Söylə görüm bu yaşında,
Dərdmi durur ağ başında?
Gözəllərsiz o döşündə
Açılırmı gülün dağlar?
Gələcəkmi o çağların,
Coşacaqmı qoçaqların?
Pərişandır saçaqların,
Tökülübdür telin dağlar.
Əflatunam mən gümanda,
Möhnətin var şirin canda.
De sən handa, bu gün handa,
Necə keçir ilin dağlar?
5.0
100% (1)