Kılavuzu para olana her kapı açıktır. shakespeare
eflatun.kesheli
eflatun.kesheli

DAĞLARIM

Yorum

DAĞLARIM

( 6 kişi )

3

Yorum

6

Beğeni

5,0

Puan

1062

Okunma

DAĞLARIM

Dostlar, mən ulu Borçalının dağ bölgəsi olan Başkeçidin Yırğançay elində doğulmuşam. Ana vətənim oradır. 1986-dan aran bölgəsi olan Marneulinin (Sarvanın) Keşəli elində yaşayıram. Bura da bizim öz vətənimizdir. Zatən, yırğançaylılar da Keşəlidən getmədilər. Hərdənbir ata-baba ocağına, ana yurduma səfərim olur. 1990-cı illərin sonu idi. Öz maşınımla Yırğançaya gedirdim. O zamanlar məşum Ermənistandan türklərin qovulmasının təsiri ilə Gürcüstanın Ermənistanla sərhəd bölgəsində yaşayan türklər də panik sonucu Azərbaycana köç edirlərdi. Tam sınırda yaşayan yırğançaylılar isə, hər cür təhdidə rəğmən, öz vətənlərini atmadılar. Ancaq, ətraf bölğələrdəki ellərin çox hissəsi boşalmışdı...
...Səfərlidən keçib, Məmişli-Hamamlı yolu ilə Boğazkəsənə çatana qədər kəndlərin (köylərin) yarısının boşalmış olduğunu görürdüm. Bunlar məndə bu hissləri yaratdı. Sağ olsun Əli Cahangir oğlunu. Bu şerimi çox yanıqlı bir səslə ifa edir.

Köç eylədi ellər, düşdü didərgin,
Boylana-boylana qaldı dağlarım.
Saraldı bağçalar, soldu çiçəklər,
Ağla gəlməz viran oldu dağlarım.

Kəsildi dağlarda toy-düyün səsi,
Pozdu hər növrağı namərd hədəsi.
Aləmi çevirdi "hay"ın gədəsi,
Həsrətdən bulud tək doldu dağlarım.

Əflatun, fələyin belə sitəmi
Gülən gözümüzə gətirdi nəmi.
Ağlar qoydu şirin dilli ölkəmi,
Xəzan vurmuş gül tək soldu dağlarım.

Paylaş:
6 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (6)

5.0

100% (6)

Dağlarım Şiirine Yorum Yap
Okuduğunuz Dağlarım şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
DAĞLARIM şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Işık  Mehmetali
Işık Mehmetali, @isikmehmetali
31.5.2016 20:33:54
5 puan verdi
O qacqın dönemini ne gözel dile getiripsen kutluyuram qelemi üreği
Üreğin şad olsun usta
_____________________________________Salamlar ata torpaxıma
Hasanyılmaz
Hasanyılmaz, @hasanyilmaz
31.5.2016 19:37:27
5 puan verdi
YÜREK SESİNİZ DAİM OLSUN NİCE GÜZEL ESERLERE İNŞAALLAH
Ya Tabe Volim
Ya Tabe Volim, @yatabevolim
31.5.2016 12:47:53
5 puan verdi
Tebrikler dost kalem saygılarımla..........
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL