1
Yorum
1
Beğeni
5,0
Puan
510
Okunma
İllər heç vaxt insanları qocaltmaz,
Dərd qəddini əyəndədi qocalıq.
Təravəti üz-gözündən silinməz,
Sərt küləklər döyəndədi qocalıq.
Xoş arzular dildə bitməz-tükənməz,
Tərlan könlüm göy səmadan heç enməz.
Ömrü-günü şən keçirən bil, yanmaz,
Günlərini sayandadı qocalıq.
Əflatunam, gileyliyəm zamandan,
Bezar oldum hər vaxt ahdan-amandan.
Qorxum yoxdu müxənnətdən, yamandan,
Bu həyata doyandadı qocalıq.
5.0
100% (1)