Oyyy, burax öz başına, başı ayaq, ayağı baş olmuşu. O, könlü dolmuşu boylu qılmışdır öd deyə, inanamır öz adaqlığına, oyyy. Ucra inamsızlığından; yorğunluğunu, vurğunluğunu, qorqudluğunu duyamır, sanki. Burax getsin, öz əsrukluğu üçün. Əsrukluq dəliliyini kim görürsə, oyyy söylər, oy. Görər boynunda, halqalı zəncirini. Eşidər, səsini. Ucra; sevda zənciri, hər kimə düşməz pay, sus. Ayaq barmaqları üstündə göydəsi oynarkən, qaval əsnəkliyi, türkü deyir. Mahnasız əsrukluk ilə sini--sini sezir özünü, ooyyy veririr nənə qamlığına inanamışlığım, oyyy. Ay başı ayaq, ayağı baş mən. Öd, boylu qılmış balalığını. Sorma, nədənin. Ucra; baş barmaqlarının üstündə səssiz bir, oyy. İç səsli bir hoy, əsrukluğumla oyanır, haaa. Oyyy, oylayaraq gövdəsiz ödü utandırdım. Tov tutduqlarını bildiyimdən yana, sunamadım. Utanmışlığını seyir edərkən mən, olmadığım yerdə oyy çalır, nənə dədəliyi yer--yer. Oyy, qaval nənələşir oyyy, oyyysa mən iç səsiylə qavallaşır. Ucra; daşqaval çağırır,”başı ayağ, ayağı baş qamını”.Obaşdan çağıdır, bubaşdan dəli qısraq kişnərkən. Dişi qurd doğurkən, ağ göyərçin uçurkən, al yerişcəsinə oyyy veririr, nənə dədəliyi. İndi, bir oyyy sevda zəncirində, bir oyyy hu qavalında doğuldu, qonaqlığımıza yolunu gözləmişliyim. İndi, məni çal. Çal məni, inanam özümə. Çal ha, çal alanında;
Seyrə çıxın baxınaxın, gövdəsi anınan gəlir,
əldə gərənfil biləbil, ayaq tikanınan gəlir.
...
Devamını oku »