10
Yorum
12
Beğeni
5,0
Puan
2240
Okunma

Daha heç nə istəmirəm
Yoxluğundan alışıram
Sənsiz yaman qocalıram
Özümü aciz sanıram
Daha heç nə istəmirəm
Bahar geldi soldu gülüm
Qapımı döydü tez ölüm
Dərdimi bəs kimlə bölüm
Daha heç nə istəmirəm
Qəm evimdə oturmuşam
Sənsiz yaman boğolmuşam
Günü gündən mən solmuşam
Daha heç nə istəmirəm
Dünya qurdu mənə oyun
Mən qaçırdım ondan boyun
Nəsimi tək məni soyun
Daha heç nə istəmirəm
Göz yaşlarım selə döndü
Yanan şamım bir gün söndü
Hər saatım geri döndü
Daha heç nə istəmirəm
Xəyaləni çəkdin dara
İndi bir kərə sən ara
Ürəyi olub bax yara
Daha heç nə istəmirəm
Xəyalə Dəniz
5.0
100% (13)