1
Yorum
2
Beğeni
5,0
Puan
1380
Okunma

“ARAZ QIRAĞINDA SARIDI DAĞLAR”
“ Hər yerdə dağları yaşıl görmüşəm,
Araz qırağında sarıdı dağlar”.
Bir elin dərdini hey çəkə-çəkə,
Bozarıb, saralıb, qurudu dağlar.
Göz yaşı axıdıb, ağlamaq üçün,
Elin sinəsini dağlamaq üçün,
Hər yerdən yolları bağlamaq üçün,
Araz kənarına yeridi dağlar.
Bəlkə də utandı, xəcalət çəkdi,
Bir elin boynunda qəm yükü əkdi,
Qatladı dizini, belini bükdü.
Kim deyər bu dərtdən əridi dağlar.
O dağlar bizlərə bir dağ olubdur,
Daha dözəmmirik, lap ağ olubdur,
Həsrətdən bağrımız dağ-dağ olubdur,
Kəsib önümüzü, diridi dağlar.
Səsimiz ucalsa kiriyər dağlar,
Gücümüz bir olsa əriyər dağlar,
Təbrizdən o yana yeriyər dağlar,
Deməyin düşməndi, qarıdı dağlar.
Coculu, dağların yoxdu günahı,
Ataq beynimizdən kədəri-ahı.
Açaq inqilabla gələn sabahı.
Bir elin səngəri, yarıdı dağlar.
Dağ başını qar alar,
Ruhum- rəngim saralar.
Düşmən önün kəsəndə,
Dağlar bizə yar olar.
5.0
100% (2)