Seyraqif Coculu
196 şiiri kayıtlı

KAPİTAL DÜNYANI KEÇİRİB ƏLƏ

Seyraqif Coculu
  5,0 / 1 kişi ·1 beğenme · 0 yorum · 584 okunma

KAPİTAL DÜNYANI KEÇİRİB ƏLƏ


KAPİTAL DÜNYANI KEÇİRİB ƏLƏ

Bir gün yenə də qalxıb ayağa,
Məzlumlar ordusu üsyan edəcək.
Yenə sinəsini verib qabağa,
Proletar deyilən öndə gedəcək.

Bəsdir! Bu dünyanın şıltaqlığına
Çiynində qəm yükü, zor dayandılar.
Dözüb zalımların min göz dağına,
Zülm ərşə dayandı, gec oyandılar.

Inkişaf, tərəqqi olsa da belə,
Insanlıq ayaqlar altına düşdü.
Kapital dünyanı keçirib ələ,
Dağıtdı, hökm etdi həddini aşdı.

Sümürə-sümürə, doymaq da bilmir,
Məzlumun qanını içir qədəhdə.
Vicdana, nə dinə, imana gəlmir,
Min ildir insanlıq gəzir yedəkdə.

Məsum uşaqların axır göz yaşı,
Hesab da sorulmur tökülən qana.
Kindən, küdurətdən ayılmır başı,
Göz dağı çəkdirir milyon insana.

Kapital hökm edir bütün cahana,
Dur deyən olmasa, durmayacaqdır.
Allah da bezibdir, yığılıb cana,
Dünyanı yenidən qurmayacaqdır.

Ey insan! Göylərdən ümid gözləmə,
Sənin səadətin öz əlindədir.
Böyük yalanları büküb gizləmə,
Azadlıq dediyin öz yolundadır.

Kapital laqeyid, dünya sarıdan,
Insanlıq mərəzi düzələn deyil.
Yalvarmaqla donuz çıxmaz darıdan,
Üsyansız tarixlər yazılan deyil.

Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
KAPİTAL DÜNYANI KEÇİRİB ƏLƏ şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

KAPİTAL DÜNYANI KEÇİRİB ƏLƏ şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.