3
Yorum
3
Beğeni
5,0
Puan
1651
Okunma

ÇANAQQALA ZƏFƏRİ
Çanaqqala zəfəridir
Türkü ayaqlarda tutan.
Bizə böyük əmanətdir,
Atatürkdən qalan vatan.
Çanaqqala zəfərinə,
Tay olmayıb, olmayacaq.
Atatürklə yarışanlar,
Doğru yolu bulmayacaq.
Bəla gələndə millətə,
Tarix ona ərdəm verir.
Çabuk-çabuk verən deyil,
Min ildən bir, hərdən verir.
Yox olmağa gedən dövlət,
Qərar tutdu , qalan oldu.
Millət döndü kəndisinə,
Cümhuriyyət elan oldu.
Atatürkün iradəsi,
Türk adına yiyə durdu.
Bu cahana layik olan,
Layikli bir dövlət qurdu.
Əmanəti qorumağa
Qeyrət lazım, hünər lazım.
Susmayacaq, çalacaqdır
Həm dombıram, həm də sazım.
5.0
100% (2)