Bir kimseyi sahip olmadığı sıfatlarla övmek, onu kibarca yermek demektir. cemil sena
Seyraqif Coculu
Seyraqif Coculu

AZERBAYCANAM

Yorum

AZERBAYCANAM

( 1 kişi )

0

Yorum

1

Beğeni

5,0

Puan

1557

Okunma

AZERBAYCANAM

AZƏRBAYCANAM

Mənim oğullarım, mənim qızlarım,
Mən sizin ananız, Azərbaycanam!
Araz kəsib, bağlanıbdır yollarım,
İkiyə bölünən bütöv bir canam!

Yox! Mən ayrılmazdım, siz ayırdınız,
Qardaşlar – qardaşa həsrət oldunuz.
Çünki heç bir zaman birləşmədiz siz,
Mənimlə vurdumu sizin qəlbiniz.
«İyirmi xanlığı» olan bir millət,
Düşməndən çox gücsüz olacaq əlbət.
Birləşə bilmədiz siz zaman-zaman,
Pozuldu dövlətdə nizam-intizam.
Düşmənlər dağınıq halını bildi,
Silahla-sursatla üstünə gəldi.

Düşmən qabağını kəsə bilmədiz,
Yenə də ayılıb, həqqə gəlmədiz.
Siz əsir düşərək kölə oldunuz,
Cismani yaşayıb, ruhca öldünüz.
Hansı millətlər ki, əlbir oldular,
Basılmaz, çox güclü dövlət qurdular.
Araz göz yaşımdır, üzümdən axır,
Dərdimi artırır, yandırıb-yaxır.
Quruda bilmirəm göz yaşlarımı,
Dibinə düzmüşəm sal daşlarımı.
Barı o, sinəmi deşib keçməsin,
Yaralı canımı çox incitməsin.
Bəzəndə qınaya bilmirəm sizi,
Kəsiblər dövlətlə əlaqənizi.
Məmurlar, amillər sizi atıblar,
Varınızı, yoxunuzu satıblar.
Çılın-çılpaq, ac-yalavac qalmısız,
Gücünüz olmayıb, tez basılmısız.
Məmurlar nə qədər yalan danışıb,
Millət özüdə yalançı olub.
Nə qədər başçınız güclü olubdur,
Ölkələr zəbt edib, torpaq alıbdır.
Sizsə ayrılmağı çox öyrəndiniz,
Bir ortaq məxrəcə gələ bilmədiz.
Hər partiya rəhbəri bir xaqandı,
Onların oduna millət də yandı.
Yemədilər bir-birinin sözünü,
İtirdilər həqiqətin izini.
Beləcə dolandı aylar da, il də,
Yaxşı bir nəticə olmadı əldə.
Sinəsi yaralı Azərbaycanam!
İkiyə bölünən bütöv bir canam!

Paylaş:
1 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Azerbaycanam Şiirine Yorum Yap
Okuduğunuz Azerbaycanam şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
AZERBAYCANAM şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL