0
Yorum
1
Beğeni
5,0
Puan
918
Okunma
Bu gün düşdü yadıma
Ötən gənclik illərim.
Döndü çovğun-borana
Başımdakı yellərim.
Nəydi məni sarsıdan,
Dəli, sərsəm eyliyən?
Hardan gəldi gözümə
Heç bilmədim duman-çən.
Qəfil çıxdı qarşıma
Gəncliyimin əzəli.
Dedi unutmaq olmaz
Könül sevən gözəli.
Hürkək baxışlar ilə
Yenidən seyr eylədim.
Həzin, nisgilli səslə
Dilə gəlib söylədim.
Gənclikdən üzü bəri
Sevgi ilə gəlmişəm.
Sevgini Allah kimi
Bir müqəddəs bilmişəm.
Həyatda ilk sevdiyin
Bəxtə yazılmayanda,
Yandırar od-alovda,
Qor kimi qalar canda.
Ocaq yanar, tüstüsü
Göydə ağ dumandı, bax.
Başımdakı tellərim
Ona bir nişandı,bax.
Sevgiylə dolan günlər,
İllər belə gedərmiş.
Taleyin qismətinə
Boyun əymək hünərmiş.
24.02.10.
5.0
100% (1)