Alçak ruhlu olanlar para arar, yüksek ruhlu olanlar ise saadet arar. ostrovski
Nizami Memmedzade
Nizami Memmedzade

Qoru əmanətimi!

Yorum

Qoru əmanətimi!

1

Yorum

1

Beğeni

0,0

Puan

1275

Okunma

Qoru əmanətimi!

Bu saatlarda bacımın Tomsk şəhərində rəhmətə getdiyi xəbəri gəldi mənə...

Qoru əmanətimi!

Əziz bacım Gülçöhrəyə ithaf edirəm….

Qəflətən açılan bir güllə təki,
Mənə xəbər gəldi, ömrüm qırıldı!
Bacımın kədərli üzünü gördüm,
Ürəyim diksindi, iki yarıldı!

Ayrılığın sonu bax, belə çatdı,
Çatmadım mən onun son nəfəsinə!
Dərdləşə bilmədik, ömür-gün keçdi,
Oynaya bilmədim toy həvəsinə!

Dünyanın məhvəri nə tez fırlandı,
Yad yerdə, torpaqda nə dedin, bacı!
Bəlkə ata-ana kəlməsi dedin,
Kaş görməyəydin dərd, əlacsız acı!

Uzaqda gözümün yaşını tökdüm,
Ürəyim səssizcə qannar ağladı!
Nə gördün qərib bir məkanda, bacı?
Ah, sənin naləni dinlər, ağladım!

Torpağa yalvardım, daşa yalvardım,
Ah, ömür itirdim, neyləyim aman!
Sən idin dövlətim, gümanım, varım!
Bu sevgi yaşatdı illərlə, inan!

Atamın ruhuna dua oxudum,
Anama yalvardım, nazını çəksin!
Dərdli sözlərimdən xalça toxudum,
Qoy orda toy olsun, köhlənlər səksin!

Mənim bacım vardı – yadigar bacım,
Onun gül çöhrəsin mələk sanırdım.
Adı Gülçöhrəydi, üzü - gül çöhrə!
Odur mənim qəmim, odur son dərdim!

Ömür uzandıqca, dərdlər çoxalır,
Bir bacı itirdim, qəm-kədər uddum!
Həyat öz üzünü göstərir mənə,
Ölümə gedirik biz addım-addım!

Bu dünya ömrümü bax, belə alır,
Bir ölüm taleyi yaşayan bacım!
Nə gördün? Görmədin yaxşı günləri!
Dərdləri çiynində daşıyan bacım!

Vətənə gəlibsən, vətən sağ olsun,
Torpağım, daşım da laylalar deyir.
Yat üzün Günəşə sarı boylansın!
Qibləm baxışıyla dualar deyir!

Ey, torpaq, vəfalı bacımı saxla,
Ondan əsirgəmə məhəbbətini!
İndən belə səni çox sevəcəyəm,
Qoru ana torpaq, əmanətimi!

03. 08.2013-cü il, Borçalı.


Paylaş:
1 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Qoru əmanətimi! Şiirine Yorum Yap
Okuduğunuz Qoru əmanətimi! şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Qoru əmanətimi! şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Işık  Mehmetali
Işık Mehmetali, @isikmehmetali
10.8.2013 00:03:49
Vətənə gəlibsən, vətən sağ olsun,
Torpağım, daşım da laylalar deyir.
Yat üzün Günəşə sarı boylansın!
Qibləm baxışıyla dualar deyir!

Ey, torpaq, vəfalı bacımı saxla,
Ondan əsirgəmə məhəbbətini!
İndən belə səni çox sevəcəyəm,
Qoru ana torpaq, əmanətimi!

03. 08.2013-cü il, Borçalı.



çox gözeldi üstad severek oxudum
ürexine qelemine saxlık
Salamlar
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL