0
Yorum
0
Beğeni
0,0
Puan
1085
Okunma
Gözəl ola...
Gözəl ola, gözlərilə can ala,
Yanağında aça qızılgül inci.
“Qaşların oynadıb, gözündən gülə!”
Sərt baxışı andırmaya qılıncı.
Obaları oymaq-oymaq gəzəsən,
Toy mağarda qoşa-qoşa süzəsən,
Tellərinə gül-çiçəyi düzəsən,
Qəmi ala, verə sənə sevinci!
Hərdən gəlib qabaq-qənşər dayana,
Eşq oduna sən yanasan, o yana!
Səhər-səhər yuxudan bir oyana,
Baxış odlu, sözlər şirin, dil inci!
Məhəbbətlə o, bağlana həyata,
Mərhəmətlə kimsəsizə əl tuta,
Şirin-şəkər sözlərinə bal qata,
Hünərin var, beləsindən gəl inci!
Nizami Məmmədzadə