2
Yorum
0
Beğeni
0,0
Puan
1240
Okunma
Emilyanın ad günü
Daha böyük bir qızdır,
İşi-gücü oxumaq!
Nənəsi ilə birgə
Xalı-xalça toxumaq!
Söz-söhbəti çoxalıb,
Şirin-şirin söz deyir.
Qaş-qabağı açılıb,
Sanki çoxlu bal yeyir.
Nənə ona get deyir,
Qardaş ona gəl deyir.
Biri ona çox deyir,
Biri ona az deyir.
Bu gün onun ad günü,
Babasına söz deyir:
-Baba, mənəm, Emilya!
Hamı mənə gəl deyir.
Öz adımdır Emilya,
Hamı hey “Gözəl” deyir!