1
Yorum
0
Beğeni
0,0
Puan
1349
Okunma
Dağlar
Ay sinəsi dağlı dağlar,
Ay qaralı, ağlı dağlar,
Yolların var – bağlı dağlar,
Yerindəmi gülüm, dağlar!
Baş endirim ətəyinə,
Ağ çalmalı örpəyinə,
Bənövşəli çiçəyinə,
Çatmır aman, əlim dağlar!
Sinən üstə dərdim kaman,
Dar yolların çiskin, duman,
Səndən dərdə çarə uman –
Mənim obam, elim dağlar!
Mənə gəlsin sənin qadan,
Dağ döşündən hava udam,
Mən ayrılıq dedim müdam,
Yandı ağzım, dilim, dağlar!
Düşmən bağrı dələn sənsən,
Gah ağlayıb, gülən sənsən,
Dərd-azarı bilən sənsən -
Sirri-sübhan, alim dağlar.
Sinən mənə min möcüzə,
Çataram mən əlli-yüzə,
Gül-çiçəyi üzə-üzə,
Qoynunda mən ölüm dağlar.
Nizami Məmmədzadə