1
Yorum
0
Beğeni
0,0
Puan
886
Okunma
Sirli ev
Mənim hərb yoldaşım - ürəyim mənim,
Səninlə dağları aşacağam mən.
Düşməni qovmağa güc-qüvvətim var.
Çaylartək kükrəyib daşacağam mən.
Gecə-gündüz bərabər olacağıq biz,
Hər yana çatacaq min bir ünümüz.
Qələbə bayramı qeyd edən zaman,
Ellərə çatacaq toy-düyünümüz!
İkimiz bir insan- bir dünyadayıq!
Biz bir-birimizi yaxşı bilirik!
Birimiz gedirik kəşfiyyat üçün,
Birimiz ləpiri tezcə silirik!
Çoxdandır bir yerdə ev kirələdik,
Kirayə pulunu hər ay veririk!
Köçməyə təzə bir ev qaraladıq,
Kim birinci köçər, onu bilmirik!
Nizami Məmmədzadə,
08.06.2009,
Tiflis.