1
Yorum
0
Beğeni
5,0
Puan
1217
Okunma
Aşıq Ziyəddin:
Külli aləm zikr eyləyir Sübhanallah eşqinə,
İki demə bir Allaha Qulhuvallah eşqinə.
Uyma iblis əməlinə, çıxma haqqın yolundan,
Duz-çörəyin halal qazan bir Bismillah eşqinə.
Əflatun Keşəli:
Külli aləm yaranıbdır Rəsulullah eşqinə,
Adı dildə car olubdur o bir Allah eşqinə.
Unutma gəl həqiqəti, doğru yola boyun əy,
Haqqı dildə zikir eylə Kəlamullah eşqinə.
Aşıq Ziyəddin:
Arif olan dinlə məni, sənə nələrdən deyim,
Ulduzlardan, kəhkəşannan, yeddi göylərdən deyim,
Bar ilahım nəzər qıldı bircə zərrədən deyim,
Yaratdı cümlə cahanı Həbibullah eşqinə.
Əflatun Keşəli:
Sözlərimi doğru qanan dosta qurbandı canım,
Zatı qırıq müxənnətdən nə anlayım, nə qanım?
Ustadların kəlamını dərdimə dərman sanım,
Haqq yolunu izhar edim Vəliyullah eşqinə.
Aşıq Ziyəddin:
Qüdrətindən xəlq olundu canlı-cansız hər nə var,
Dağa-daşa ziynət vurdu, dünya oldu bərqərar.
Aşıq Ziyəddinə özü pənahdı pərvərdigar,
Bağışlanar günahlarım Rəsulullah eşqinə.
Əflatun Keşəli:
Şəriətdə, yol-ərkanda gəl eyləmə sən səbir,
Gecikərsən, yol çaşarsan, odur dəryayi-kəbir,
Ay Əflatun, sözlərini bəyan eylə birbəbir,
Haqqın kəlamın gətirən Nəbiyullah eşqinə.
5.0
100% (1)