0
Yorum
0
Beğeni
0,0
Puan
1114
Okunma
Xilqətindən əyri olan nanəcib,
Düzələrmi keçsə zaman yüz il də.
Heç nədəncə qarışdırar aləmi,
Tayı olmaz qərinədə, yüz ildə.
Bəd əməldən çəkməz dadı-amanı,
Xoş üz görsə cin başında dolanı,
Heç bir vaxtı bilməz yaxşı-yamanı,
Tarix ötə, gözləyəsən yüz il də.
Əflatuna nazın satar utanmaz,
Öz sözünün mənasını anlamaz,
Eləsi var heç zamanda bulunmaz,
İstər dolan, axtar-ara yüz il də.