1
Yorum
0
Beğeni
5,0
Puan
1083
Okunma
(Cavabını yazanlara Merhaba!)
Bir mübarək ana gördüm, Haqdan gözəl adı var,
Yaradanım xoş yaradıb, baldan şirin dadı var.
Beş hərflə ismi sabit, qədri uca, mehriban,
Bir-birindən gözəl olan beş dənə övladı var.
Övladları əsgər kimi dayanıbdır yan-yana,
Hərəsinin öz balası, ədədini sən sana.
Əhli-mömin istərəm ki müəmmadan söz qana,
Hər kim bunu anlamasa cəhənnəmin odu var.
Əflatunam sözlərimi HAQQA düzüb-qoşuram,
Gecə-gündüz isimləri zikrim olub, coşuram.
Atəşinə büryan olub, qaynayıban daşıram,
Sevənlərə doğma-əziz, elə bilmə yadı var.
5.0
100% (1)