1
Yorum
0
Beğeni
5,0
Puan
934
Okunma
Bilmirəm dünyanın nə savaşıdı bu,
Gözlərdən tökülən nə yaşıdı bu?
Dünya savaş üçünmü,
Yoxsa daş baş üçünmü?..
Yox, belə dünyanı istəmirəm mən.
Gül-çiçək gözəllik üçündür anam,
Göz yaşından çiçək bitirir sonam.
Əllər əldən üzülür,
Yerə çiçək düzülür.
Yox, belə dünyanı istəmirəm mən.
Görmək istəyirəm gülən üzləri,
Hər yerdə görürəm qəmli gözləri.
Sözlərim qırıq-qırıq,
Dodağım yarıq-yarıq.
Yox, belə dünyanı istəmirəm mən.
Oxumaq istəyirəm bir şən nəğməmi,
Silmək istəyirəm gözlərdən nəmi.
Qəfil səsdən diksinən,
Qorxudan yerə sinən
Qardaş-bacım,
Çılpaq-acım...
Yox, belə dünyanı istəmirəm mən.
İstəyirəm dünyanı şirin nəğmələr dolu,
İstəyirəm həyatda ola ədalət yolu.
İstəmirəm haqqımı
Parçalayıb dağıdan
Dünyada qolu zorlu.
Qaçqın, köçkün naləsi,
Didərginin "HAQQ" səsi
Qulağımı dalayır,
Ürəyimi talayır.
Yox, belə dünyanı istəmirəm mən,
İstəmirəm mən!!!
5.0
100% (1)