0
Yorum
0
Beğeni
0,0
Puan
1204
Okunma

HƏSRƏT-HƏSRƏT QOVUŞAQ
Əlbəələ, üzbəüzə dayanaq
Dan sökülüb, Gün çıxanda üfüqdən.
Görməsinlər qonum-qonşu, dost-tanış
Don geyinək al-qırmızı şəfəqdən.
Sən gül-çiçək, mən də xallı kəpənək,
Gəl dağların sinəsində sayrışaq.
Sən bulaq ol, mən də şıltaq axan çay
Ətəklərdə həsrət-həsrət qovuşaq.
Yağışa tamarzı, susuz çölə dön,
Şığıyım sel kimi bərəsiz, bəndsiz.
Sən bir maral, mən də insaflı ovçu
Qovum səni hey silahsız, kəməndsiz.
Elbəyi CƏLALOĞLU