0
Yorum
0
Beğeni
0,0
Puan
986
Okunma
Ölüm və mən
Durub hey danışdılar, -
Onu yemə ölərsən,
Bunu demə ölərsən!
Sanki hey yarışdılar, -
Onu içmə ölərsən,
Burdan keçmə ölərsən!
Axı, nədir bu – ölüm,
Acizmi burda elm?
Yürüdüm ona doğru,
Yarıldı vaxtın bağrı.
Gördüm onu uzaqdan,
Seçilmirdi sazaqdan.
Amma yaxınlaşanda
Bulud girdi araya.
Sanki mələkləriydi
Qədəm basan buraya.
Keçdim qarışcaq ara,
Buludu yara-yara.
Amma yoxuydu ölüm,
Boşa çıxmışdı əlim.
Demə hisslər coşanda,
Mən buludu aşanda,
Ölüm də bir yol seçib,
Buludun altdan keçib.
Beləcə mən o üzə,
Ölüm bu taya düşdü.
Var olanın sevgisi
Xəyali paya düşdü.
Elbəyi CƏLALOĞLU