0
Yorum
0
Beğeni
0,0
Puan
1062
Okunma
bir dişi dün alaturka ödün arxın çevirir .
onu çılğın ləpələr öc ilə çin-çin devirir .
sonda susqun soluğun giz aparır , giz hara gün ?
gövdəsin dişlərə dişlik gecə qapdırqın edir .
o susr yerdə açır imgə , xəyal pərdəsini ,
sanki uraman kökü öz yengi dibin , öz sezirir .
görünür orda ağac , qırda çiçək , göldə çilik ,
bir ürəkdir yanaraq , su boyu su , sevgi verir .
könül açdım yaxınam , söylədi sus-sus geri dön ,
sənə pay düşməz odum , bil odu bir məndə sevir .
siqar olmuş gəzirəm , özgə dodaqlarda kimi ,
oluram tüstü açıq , çün yaramır mən sevi BİR .
DIVAN-I ƏRĞƏVAN (26)
M.Ərğəvan