2
Yorum
0
Beğeni
5,0
Puan
1948
Okunma
40
Yaşıl kollar
Və
Yam döşündə xollar
Və
Onların sarı dənələri
Püsgürəcək tüstüsünü
Və büsbütünü
Insan yıxacaq gözlərə
Gözmıncığı kimi
Onlar
41
Qisa
Və
Qisa düşün
Qısa qarışqa gününü böylə
Və böylə
Mən bilsəydi ömür qısalığını
Bir ayaq çaxır gilə
Bağışlardi
Gələcək günlərini
42
Məhləmiz
Və
Axşam önü
Qalbalıqsız
Və çevrə küsgün
Və
Susuqünluğu
Altay dağlarını buraxımlar kimi
43
Hava turşulu
Və evsiz
Birazda əsruk yağmurlar
Və qayğısız
Paris içinə kimi mən
Və bir dən
Hoqo binasına düşür
Sezdiyim pəncərə gözləri
Paris boyu
1999.7.1 paris
44İlk göz yaşı
Və ilk ağrı
Bunların doğum günü
Könül üçün bəlirsiz
Və
Bir sız
O zamandan
Gözlərin sürməsi
Və ilk ağrı səsi
Bu günə kimi
Və can yükünə kimi
Mən könlündə gedir
Və mən eşidir
Hər bir döngədə
Burda bir aşq ölüb
Deyir ağrı
Və udur vurğununu
Ağır
Ağrı
45
Yol ilə çınqılar
Və sonası
Bir çeşid daş körpülər tanığı
Və bir yanığı
At yerişinə özləm şarkı çəkir
46
Oluram
Hər yerdə
Ancaq qalmıram
Və qalmıram
Özümün
Olsunlara
Çün
Onlara
Və anlara
Üzü yuxarı türkü
Yer yer çalıram
Və çalınıram uca könüllərə
47
Bir malaçi
Nifrətini və sevgisini
Ağaclara
Duvarlara
Və çiləyir kağızlara
Şəkil-şəkil
Və
Nifrət ilə sevgi düşür
Düşüncələrə
Və gözləyir hökmünü
48
Dörd təkər
Qoltuğu
Və üstünə əylənib
Qılçasız bir çılğın
Və
Gözlərinin durğunluğu
İçir ahlar
Və o
Nə kimi üçün
Öz qəlbinə uçur
Sızlar uçur
49
Gecə
Bir ovuc roya
Və bir zəngin köşə
Və bu köşə
Buraxır səggiz qanad iz
Ama qalır son görüşə
Dağarçıqda qurd əli
Qurdəzənsiz
Və daxmalar yiyəsiz
Ayrana özləm
Qurd ağızlar
50
Sevgisiz ömür
Muşanba çiçəyi kimi
Qoxusuz
Və görünməz mayasi
Dusdaq içində
Əsir ürək
Və bu ürək
Öz içinə çəkilərək
Bir dünya gözünü tutur
Qara mamurlar
51
Ölüm
Və ölüm önü bəlirsiz
Və önünü
Zaman görəməz
Və hər kəz
Sanıram onu
Bir canavar
Geri yox qabaqlara gedirəm
Və qabaqdaki ləhzələr
Ovlayır onu
Və yaşadir məni
52
Qoşa dil
Ucu
Və
Çox il
Əl
Və bilək yolçusu
Bu qoşa dil sonucu
Yücə şafaqlar qızartısı
Və bu kimi tarıxi
Qoşa dilin paslı arxivi
Və qoşa dil ucu
53
Bir
Sərçənin ləpiri
Bir urman düşü
Və bəlkə
Bir yarın görüşünü
Arzılar daşnır kimi
Sərçə ləpiri
54
Qırmızı
Və
Qara yasalar
Devirir
Ulusu devirir
Və böylə qurumlar
İnsana
İnsanlığa haykırı
Və biz
Düşünərək özgürlüyü
Devirdik haykırılğı
Və sonra bildik
Gedir
Hərzad yada
Və
Yenı qoşağımıza
Him ilə bayraq
Yalnız
55
Bir qız
Boynu qırıq ağac kimi
Qol-budaqsız
Və yaş düşü
Əvəlik dövrü
Ancaq ikinci dan
Yaramazlara
Sömürgə sayı
56
Köçür
Ağ kəpənək köçür
Və azır
Yolunu azır kəpənək
Və tək
Yalavac
Anlar çuxuruna titrək
Bir udum ağız
Uçuşu
57
Bax
Cum culuq
Mavi
Yüyənsiz sulara
Qoşur balıqlar
Və ora qırağında
Sezirəm bir çiçək
Və o
Arabir toxunur arzılara
Qərib qədər
Qərib
58
Qısraqlar
Lal
Və eşitməz kimi
Şəklənir qulaqlar
Şəklənir
Və bu gün onlar
Şərəflı yaşam üçün
Həsrət çəkir
59
Eləbilsız
Qapalı telfun kimi
Bura nəfəsiz
Və səsiz
Bura
Və bura bənzəyir
Burda
Bir qırovlu ürəyin
Məzar yuxusuna
Və bura eləbilsiz
60
Topraq
Alın öpür
Və deyir
Bir ağız xuryat dodaqlar
Yalqız
Və
Üzü quylu yanaqlar
Titrək bitir
Qumlara
M. Ərğəvan
(Overtura Kitabından)
5.0
100% (1)