2
Yorum
0
Beğeni
5,0
Puan
1771
Okunma
61
Qara dəniz
Və su hecaları
Qara qaba
Və ləpələri çılpaq
Və ay qırığı kimi
Dalğalanır həyəcanlar
Və ehey
Əlləri çatlaq
Gəmi susqun
Və gəmiçi çaşqın
Sən danış
Və dinlə ey əlləri çatlaq
Ulu oğuz haray huyunu
Və
Gümüş ay boyunu
Arayır sənə kimi oğuzlar
62
Bir ölçü
Və
Bir barmaq
Ölçüsü qədər
Düşünəməyir onlar
Və bu qara oyunlar
Özünə
Anasına
Və yurduna yağılıq
Və
Özgür sayağılıq
Düşnəməyir onlar
Düşünməyir
63
Qış
Ağır
Və çillə
Basqı ilə
Dam üstü qar
Və kürəkçi qızı
Yalqız
Və hələsiz
Çəkir gözləri yol
Bəlkə gəlir koroğlu
Qoltuğunda çillə qarpızı
Ama düşür baxtına
Bir yazıq korun oğlu
Barmaqlarımı
64
Barmaqlarını
Və barmaqlarızı
Öpürəm çün
Kor tanrının
Gözüdü onlar
Əllərimi
Əllərini
Və əllərizi
Öpürəm çün
Bütün
Kor tanrının
Özüdü onlar
Ayaqlarımı
Ayaqlarını
Və ayaqlarızı
Öpürəm çün
Büsbütün
Kor tanrının
Qanadidi onlar
Sözlərimi
Sözlərini
Və sözlərizi
Öpürəm çün
Və tün
Kor tanrının
Özü
Sözü
Və gözüdü
Onlar
65
Susqun yal döşü
Və savaşçı bir qadın
Köksündə yaraq
Və kovan
Daraq daraq qurşağınada
Kovan
Və o
Qorxulara qurd ağız
Və
Qurd ağız göy tanrı sarı
Bir çağırı
Çağırır
66
Fitəsiz
Hamamda qəhrəman
Təkiyəm
Və güləş çəkirəm
Fitəsiz
Və giriş-çıxış günü
Sabınsız basıram
Fitil
Və bol bol
Yağır alqışlar
Və kisəsiz
Ayaqda qalım deyə
Sabın çəkirəm
Ayaqlara
Ancaq fitəsiz
Və hayıf cirəsiz
67
Düzgü
Və arxivi
Birər-birər
Əsgi yazı
Və
Bu yazı qotazı
Düşüncə xuması
Və əsgi arxivin
Gizli mayasi
Bulut arxasında ay kimi
68
Aşq
Bütün varlığım aşq
Söz olanaqsız
Bu aşqın imgəsinə
Və mən bir dən kimi
Düşürəm kərdisinə
Və rumluların
Aşq tanrısı
Yüksəklərdən kimi
Hüzuruma diz köçür
Və indisiz
Nədən kimi
Biz düşünür yarmacı
69
Nə ad
Nə san
Nədə şən
Quyu dibində
Uyumuş təprəm
Və
Yazı maşını ilə
Göyərir mən
Kağızlara
Və gedirəm arzılara
Bağımsız illər təpri kimi
70
Çən
Və yön altı
Kilitli ağızlar
Və qorxular
San keçir düşüncələrə
Çən yönü
Və yorqun yolçusudu
Öksüz arzılar
71
Yonucu
Və buz üzrə bir var yonur
Bir heykəl yonucu
Bu düş özgənin
Və sanır
Dəfinələr dənizi
Çaldığı izi
Və
Ötür saatlar bürgülü
Və buz heykəl gülü
Olur su
Və o
Dişlləyərək dişini
Deyir
Çalmaq özgə işini
Sonu bu
72
Baxışların
Yarpız çalır
Düşdüyü yerə
Görən deyir
Bahar gəlir
Və
Baxışların gözü danışır
Və deyir
Bu bahar
Çiçək çaşırır
Və ürək aşırır
Nar çıçəyi süd içir günü
73
Arzı
Bir dad
Və
Ona qarındaş
Özləm
Və
Ömür boyu başa baş
Solmaz boyadı könüllərə
Arzı
Və özləm
74
Yurd
Və
Sırada yurddaşlar
Və sözdə hər zada
Onlar ortaq
Və bir oturaq
Görünür ağ
Sarı
Və qırmızı
İtirmiş rəngini
Və biz salamlayırıq
Ac və yalavac
İnsanlıq çələngini
Və bir qəlb ilə qutlayırıq
Yeni quşaq gələcəyini
75
Cocuğu
Və
Kim tanıyır borc alıb
Dörd ayaq
Çapan cocuğu
Birazdan
Futbal meydanına
Çatacaq
Və seyr edərək oyunu
Qol
Və qol deyib çəpan çalacaq
Hələ o
Bilməyirki qoltuqlar altı
İşgəncə yeri
Və anası zəncirdə
Və süd əmdiyi döşlər tob yerinə
İşgəncə qalasına qol gedir
Qol
76
Səslənir
Ölüm telfunu
Düyməsini basacaq
Adsız bir yolçu
Və o
İnanmayir hələ
Qayıtmaz
İtginlərə
Doğru
77
Və şuşa
Kürül-kürül
Qaranlıqlara ay
Və
Bu şəhər şarkılara
Unudulmuş pay
Və
Bənzəyir latın alfbasına
Ay ilə pay
Və şuşa
78
Eləbil
Bu olanaq
Eləbil
Bu ev
Bu tuvaq
Bizim deyil
Və kərpicləri
Sümükdəndi eləbil
Və beləbil
Bütün göstərişləri
Yarınsız şəkillər
Və ala...bula
Afışlar eləbilsiz
Köpük qusur
Bu qusur
Bizim deyil eləbil
79
Yavrum ara
Və ara bul
Və
Aradığın boyu
Bul baxtını yavrum
Və bulduğun üçün
Qur taxtını yavrum
Və dayanma
Sür özünü diləklərə
Və öz ilə özün yavrum
Canlı qaymaq ürəklərə
Və dilə milyonlara
Düz
Və öz
Bulduğunu yavrum
80
Ürək
Doğrudan ürək
Və nədir bu ürək doğrusu
Və uğultusu
Ara bir ah deyə banlayır
Və kimsəsiz ürək
Çil ələyır ah demək
Özü soyu
Və
Düşür can sıcaqlığı
Dükanlara
Balkonlara
Və yataqlara
Bu düşmə öz xoşuna deyil
Zor ilə
Zorlanma təridi
M. Ərğəvan
(OVERTURA KİTABINDAN)
5.0
100% (2)