Sevmek birbirine değil, birlikte aynı noktaya bakmaktır. exupery
M.ƏRĞƏVAN
M.ƏRĞƏVAN

1.SƏN VƏ MƏN KİMİ(2)

Yorum

1.SƏN VƏ MƏN KİMİ(2)

0

Yorum

0

Beğeni

0,0

Puan

2351

Okunma

1.SƏN VƏ MƏN KİMİ(2)

(Overtura Kitabından)

21
Xəstə evi
Və bir çiçək
Dəli aslan dərdi dərir
Və göndərir
Sonsuz ağrılara
Və yaşıl səs ilə deyir
=Sən insanmı
Vəya tanrısanmı
=Mənmi
=Hə sən
=Heç biri
=Bə kimsən
=Boşuna ölçən küçələri
=Olamaz
=Nə üçün
=axı
Qaytardı həyatıma
Ölüsov aşqımı
İlk öpüş təri

22
Ötən axşamın
Mavi otağında
Bir mavi qam
Və mən
Ölüm
Qalım bilə
mavi ipək incəliyi ilə
Oğur köksümü
Tanrısov əlləri
Mavi mavi
Və qəlbimə çilənərək
Qalım nanələri
Mən ilə qam ölçüsü
Masmavi

23

Mən
Və günləri sənsiz
Özünə ögey göyərir
Və uzaqlara adsız
Üzü guzey əriyir
Və bir adsız kimi
Öz gövdəsinə boğulur
Sən ilə
Mən adasız

24
Bağışla sevgilim
Var sən üçün
Satış yerlərində
Göz oxşuyanlar
O zadlar
Bizə deyil
Zənginlərədi
Onlar
Biz gözlərində
Xəyal yxusu
Və ağrılar

25
Ol
Sən ol
Biraz sərxoş
Və olamazlığı qoş

Barmaqlarındaki kənizin ilə
Qoş bilə
Əsrukluğu qoş
Bu doğruluğu
Mən qoşum
Qoşa başlara bayatı bənzər

26
Sevmədın
Ama zor ilə sən
Qurdun evlilik
Və soyuq evdə
Biz soyuq yaşayırıq
Bu deyil dirilik
Ölümə doğur
İz iz
Və beləlik
Keçir soyuq günlərimiz
Və indi cocuq evləri
Alınımızın qara möhürü

27
Biz
Əkinçiyik
Dərməyirik
Əkirik
Və tarlamızda mən
Sevgilim ilə
Topraqlara bitirik
Və biz yeni qoşaq üçün
Çardağımıza çəkilirik
Gözlərdən gizlin
Çün
Calağımıza tanrı deməyir


28
Yaylaq
Ocaq
Çaxır
Və köz üstündə
Kabab tüstüsü
Və günorta üstü
Aşqın
Nehrəsi çalxalanır
Yaylaq boyu
Və eləbil
Dişi aslan toyu
Çıplaq yağışlara düşür

29
Qıl
Lağ qıl
Və sal ələ
Bu vurğunu
Və böylə
Sən çıxarı bir qıl
Və artıq tələsmə
Yürü yavaş
Və bilki
Qıl körpüsü gözləyir
Səni

30
Ömürümü
Boya boya
Sən gözlərinə çəkirəm
Və köçürəm
Öz xəyalıma malaçı bənzər
Və sən
Uzaqlarda kimi qədər
Dayanma yürü
Və bir gün sən ömürü
Mən dəftəri kimi
Pozulmuş varaqlar

31
Bəbəklərimdə
Üç damla
Biri yaş
Biri ah
Biri qan
Onlar kipriklərimdə
Biri yalvarış
Biri özləm
Bir ayrılıq
Və son
Bu son
Sonu
Sən gözlərində
Bir öc şəkili

Mən məzarı üstünə
İki yarpaq göz səsi

Ayrılıqlar nəğməsi

32
Bilirəm

Bilirəm sevirsən
Çapqın olduğumu

Mən vurğunu
Bir zəki bilirsən
Və bilirəm
Sən
Bilirsən
Çalıram baxışlarından
Sevgi doğrusunu
Və suçlarımdan vaz keçib
Qoynuna çəkirsən
Mənim kimi bir oğrunu

33
Sən danış
Bir dodaq kimi
Və susduğunda
Əsin əsim var
Qurumuş yarpaq kimi
Və bir güz boyu mən
Kölgəli gözlərin
Göz çanağında iməkləyirəm
Və uğursuzluğum
Payız yarpaqlarındaki inilti

34
Sevgi
Sevir köləlik
Və bir qələmə
Sanırsan məni kölə

Çoxda öyünmə belə
Gəl bilə
Yağmur altında durayım
Getsin
Bəzək səndən
Məndən kir
Onda seyr edərsən
Kimin gözəl olduğunu

35
Xəyal içində birgə
Və keşgə
Əsrukluqdan ayrılıb
Gəlməzidim sənə
Keşgə
Və sərxoşluğun
Alagöz kəbəsı
Gündə yüz ayaq
Mənimlə sənsiz

36
Mənə gəlir ləhzə
Düşünürsən
Borcunu
Və bilirəm
Sözsüz ödərsən
Ancaq deyirsən
Olsun tanıq
Və bir yanıt kimi deyirəm
Səndəki gözlər
Məndəki sözlər
Olsun tanıq deyə
Ödə borcunu

37
Sən
Nə düşünürsən
Özgürcə düşün
Və böylə bilki düşündüyünü
Anlamiram
Və sən
Mən üzür
Ama üzüldüyümü
Danlamıram
Və görürsən
Qorxudan qocalığım
Tir-tir
Bu əsmə çəkir
Sənə toxtaxlıq
Və mənə
Bəncirlik sonu

38
Sən
Göy gözlərin
Göy tanrısı
Mən bəbəklərinə sürmə
Və mən
Royalardan ıraq
Bir iblis sayaq
Sənə gəlirım
Sənə doğru

39
Mən
Bir kərəm
Səndə sən
Bir əsli
Biz ayı
Və ili
nağıllar sarsı
Və indimiz
Leyli xəyal arısı
Aşq filimi kimi
Və biləyim
Məcnun yazğısıdı
Quşqulara istəyimiz


M. Ərğəvan

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
1.sƏn vƏ mƏn kimi(2) Şiirine Yorum Yap
Okuduğunuz 1.sƏn vƏ mƏn kimi(2) şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
1.SƏN VƏ MƏN KİMİ(2) şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL