4
Yorum
0
Beğeni
5,0
Puan
2071
Okunma
Sən ilə mən
Və birdə
Masmavi çinar
Və biz üçün
Çalğı çalır
Yarpaqlar
Və çiçək kimi dodaqlar
Mən ilə
Sən içir
Və köçür
Kölgəmiz
Və
Bilki
Olsa da alahı ölkəmiz
Dərd bir
Və boyası bir dərd
5
Gözlərim sarı balıq
Sara sulara
Və özləmin
Qu quşudu quşqulara
Və sən sanmaki
Bilinməyir dodaqlarındakı
Diş gözü
Və diş gözü deyir
Sənə qoşduğum nağıllara
Mən
Bir ağ nağıl
Ama sonucu qara
6
Sınanır
Ahın naxışlarındakı
Sən üçün
Yanğınındı deyə
Və
Arxasındakı
Duz gölü coşur
Və qoşur
Kipriklərinə ləpir şoru
Bilirsənmi səndən
Nə qalıb mənə
Yalnız öc
Ama
Mən yoğuru
Öclərə tanış
Və sən üzünə doğru
Gildir gilələr yazğısı
7
Gülüm
Yaramaz qatverdilik
Bir yerdə
Və bir evdə
Əyləniriksə qoşa
Sən ilə mən
Söykəniriksə baş başa
Və bilməliyik
Aldatmağın
Və aldanmağın sonunu
8
Səni
Sarı gülün sevincinə
Bənzədirəm
Və
Özümü tikansız kədərə
Və sən
Solğun kimi
Payıza dal
Və orda qal
Sezim
Xəzələ alındığını
Və bir gözləmə kimi
Arasın səni xəzəl boyu
Bulmacalar
9
Sən
Və mən
Olsaqda birgə
Ayrı düşür
İzlərimiz
Çün
Sən saçı sarı
Hakim qızı
Ama mən qara saç
Və düşüncəsi məhkum oğlu
Və deyirəm
Olunca
Əsir xalqın şah dirəyı
Keşgə doğulaydım
Hakim ulus köpəyi
10
Sarınayım
Bir ayaq
Və bir ayaq
İçəyım
Və içiləyim
Bax
Və burax
Sevgilim bu gecə
Üstündəkiləri
Və sən gözlərindəkiləri
Mən oxşasın
Pəncərə şüşəsinə
Ay kimi
11
Bəlkəsız
Bu axşamdayam
Qanadsız quş kimi
Sənsiz
Gülüm
Körpə yuxulara
Uymuş kimi
Sənsiz
Bəlkə bir daha görəmədim
Sezdiklərimi
Və
Bəlkə bir daha
Gəzəmədim
Olduğumuz yerləri
Sənsiz
Və oyanıbda royadan sənsiz
Gözlərimi borc atıram
Allaha
Və
Borcumun yerinə
Bir əsa gəlir
Sənsiz
12
Soyunur
Və
Soyunur ovuclarıma
Çılpaq duyğular
Soyunur
Və köklər
Köpür-köpur
Çiyinlərimə soyunur
Və iməkləyir
Göydə onlar
Və dodaqlar
Öpür-öpür
Soyunur yerə
Yağışlar kimi
13
Vəfa
Nifrətin
Əzizim kimi
Bilə
Vəfa ilə
Sevirəm
Nifrətini sevirəm
Və bir başa
Olur qar yaşımız
Və daşlanır sən
Vəfasızlığı
Və kin ortaqlığı
Sevgimizin məzarı
14
Park
Və
Kimsəsiz
Bir dan dönəmi
Və bir an önəmi
Heca səsi
Yarır susqunluğu
Və
Həsrətinə ölürəm
Dodaqlar soyğunluğu
Naxış salır
Hüzur yerinə
Və
Yasəmən kimi oxşayır
İki qəlbin yasını
15
Mən
Və vırıldığım bir qəlb
Və o
Duymadıqda sevgi düzünü
Atıram
Uzaq soyuqlara
Bir daş kimi
Və
Ardınca uçur
Yaşanacaqlar
Və aşır aylar
Qonur yerə göyərçin bahar
Və tumurcuqlar
Geri dönür
Və bir ovuc ayrılıqlar
Aşq hüzuruna diz çökür
Daş qəlb ilə
16
Vəhşi
Və qızmışlığı
Həşəri
Oyerdə kimi
Vəhşısən
Ancaq
Çaxır gözlüm
Bilməlisən
Ac
Və
Yırtıcı aslan yuvasıdı
Uzandığın yer
17
Paris və
Sən əllərində
Qarpız
Və bayıldım
Baxışlarının nanəsinə
Bayıldım
Və mən inanıb sənə
Tək dilim
qarpız yedim
Və indi
Şəkilim qazetlərdə
Və
Aranır qarpız oğrusu
18
Sən
Bir cadugər
Mən
Bir falçı
Və ovcunda əlim
Və
Bəbəklərindən
Çilənir ağ ışıqlar
Bəlkə bu hal
Tiryak yuxusu
Və doğru deyil
Ama
Bu fal duyğusu
Royasız
Və sankısız
Buğdeyi qollar
Eləbil
Cin belinə qurşaq
Və mən bir oturaq
Cadugər falına baxıram
Həşəri
19
Durğun sular kimi
Kimi dalğasıız danışır
Gözlərin
Və
Baxışların kimə düşür
Qəlbini qoparır
Və əsir aparır
Və mən
Sevdalar
Və çaxırçılar
Savaşçısı
Bilə yenılməzliyin qazancı
İçiləcək çaxırım
Və aşq səhnəsinə
Çıxarım
Olub şimşək
Və sevdalar üçün çaxır
Və yaxır
Bu kən
Sən
Hüzuruma yesir kimisən
Və kirpiklərim
Sarınıb gözlərinə
Buraxmayır gözəlliyini
Durğun sulara
20
Sevinc və
sevincgiləm
Ala-toran küçədə
Sən idin tələsik
Tələm
E-hey
Çaxır giləm
Mersedes benzidə
Sən
Yerdə
Yağmur altında mən çətirsiz
Və hər ikimiz
Aşqa vəfasız
Və
Bilki görüşdən sonra
Qalıb mənə
Dörd duvar
İki çanaq duzlu göz
Və bir çəlik yadıgar
Sənsiz
Və haçan
Görüş yerinə düşərsən
Bir çimdik torpaq götür
Və gətir
Vəfa heykəli boyu
Çilə topraqlar
M. Ərğəvan
5.0
100% (3)