5
Yorum
0
Beğeni
5,0
Puan
1673
Okunma

OVERTURA ŞİİR KİTABI
M. Ərğəvan
( Əmiri Alanaq)
Sən
Və
Sən gözlərində
Uyuyub mən
Bir dəniz kimi
Və ləpələrində
Solğun şəkilin
Və mənə sarı
Uzanmış bir əlin
Deyir
Atdığın
Və unutduğun cocuqlar
Xəyanətin qalıqları
OVERTURA
BERLIN 2007
Bilgisayara yığıdı M. Ərğəvan
Texniki işlər M. Azər
Malacı Z. Dəlibalta
Buraxılış Stockholm
Say 2000
Dəyər 20 dolar
OVERTURA
M. Ərğəvan( Amiri Alanaq )
İçindəkilər
1. Ön söz yerinə
2. Düşünəyim kimi
3. Sən və mən kimi
4. Adsız adalar
5. Adlı adalar
6. Şaman ulayır
7. Daşqalaq
8. Overtura
9. Özləm parkı
10. Can qıfıllı
11. Səmfonu boyu (Məndə bir mən aranır)
12. Qalarğı bir ah
13. İyirmi bir nöqtə
14. Qısırlıq
15. Balalıq biliyurdu
Sən
Və
Sən gözlərində
Uyuyub mən
Bir dəniz kimi
Və ləpələrində
Solğun şəkilin
Və mənə sarı
Uzanmış bir əlin
Deyir
Atdığın
Və unutduğun cocuqlar
Xəyanətin qalıqları
M. Ərğəvan
( Əmiri Alanaq)
BERLIN 2007
ÖN SÖZ YERİNƏ
Və sən
Açıq göz ilə bax
Və mən
Baxdığım kimi baxsan
Və tutduğun susqunluğu
Buraxsan
Əzizimsən
Əzizim
Və sən
Yücə baş ilə öyünə bilərsən
Düşüncələrimi düşünsən əyər
Bax öncə susma
Və asma
Qulaq asma
Sənə uzun qulaq
Və
Uruspu cocuğu deyən ağızlara
Mən onlara
Dənizlərdən
Okyanlardan demirəm
Bax əzizim
Bax
Seyr etdiyin Alanaq
Yoğurub mən kimi
Bir sısqa bulaq
Zamanın özü boyu
M-Ərğəvan
Berlin 12-12-2006
> > > > >
Düşünəyim kimi
Öz ana dilini bilməyən bilgin, başqa dillərin və
bilimlərin uzmanı olsa da yenə bilgisizdi. Ana dili
düşüncə tərzinin və dirçəliş dizgəsinin özəl qaynağıdı.
Zaman və gündəliyimiz belə göstərir, ana dilindən
soraqsızlar ilk öncə özünə və sonra ulusuna yağı kimi
yanaşır. Elə bu nədənə görə bir sıra Güney ilə Quzey və
Türk dünyasının bilginləri (( inkarcçılar dəstəsi )) Rus,
fars və Ərb Şovinizminin cirəsiz köləsinə çevrilmişlər.
Ya da dünyanın harasında olur olsun, bu inkarçılar
dəstəsi ulusumuza yağı güclərin çomağı olub, yeni
qoşağımızı kölə qılmaq üçün əllərindən gələni əsir
gəmillər.
Düşün sevimlim bir daha dərindən düşün dediyimi. Mən
belə düşünürəmki on-beş ildən artıq Overtura toplusu
üzərində, hardan-haralara düşünüb bilə daşındım. Yol
boyuca inkarçılar sınırını yarıb irəli yürüdüm. Bunu
yalnız mən bilir birdə əlinizdəki yazıqalağı. Bilə
qasırğalı sürəc içində sınıq gəmi kimi dənizlər və
okyanlar iməklədim. Mən ölkələr ilə şəhərlər aşaraq,
inkarçıların ölüm düşərgəsinə tuş gəldim və mənim
geriyə yox yalnız qabaqlara yolçuluğum gələcək qoşaqin
özgürlüyü üçün olmuş deyə təhlükəli yollar aşıram. Hər
döngə başi və hər atdım sonu insanlığa düşman ilə
qarşılaşıram. Bir düşün sevimlim yeni düşüncə
yolçularına qurulmuş busqular hər ləhzə boyu öz
qurbanlığını gözləyir. Bu təhlükələrin hər biri bir əjdaha
kimi can atır öncül utmaq üçün. Oxucum düşünki doğru
3
bu təhlükələr içində yaralı çıyınlərimdə Overtura
toplusu və könlümdə mən aşqı ölümə sinə gərib
yaşayıram. Bir düşün sevimlim bir daha düşün sənə və
sizlərə on-beş illik Toyan adlı ədəbi məktəbini təmənasız
bağışlayıram. Ancaq düşünki bağışladığım yarpaqların
hər biri öz ayaqları üstündə durmuş bir dünya kimidi.
Biz ilə siz bu günə qədər oxuduğumuz şerlərdən deyil
bu çələnk toplusu. Dünyamızın hər bir köşəsində könül
yaşadacaq şer olduqca azdı . Oxucular bunalım içində
sankısız bir zad arayir üç nöqtəsiz. Overtura çələnginin
varı varlığı imgələrə və duyğulara açıq söykənibdə inanc
və yüksək amac daşıyır. Sevimlim düşün və bir daha
düşünki hər bir söz üzərində dayanib bilə düşünəcəksən.
Düşünmədən toyan yolçuluğuna çıxmaq olduqca zor. Bu
cümlə çoxlar üçün gülünc və bəlkə bir boş söz. Anacaq
məncə bu yol könül dolu dönməzlik aşqı istəyir. Əyər bu
könul sənə tanışdirsa toyan qapıları üzünə açıq və
aradığını bularsan demək...
Yeri var, sayın dostum M—Azər bəyə sağ ol deyimki
əsərlərin yayılmasına və Azərbaycan dərgisində
hekayələrın basılmasına olduqca çaba göstərmış. Sayın
oxuculara bildirmək gərəkir yayılmış əsərlərdə bir çox
bilgisayar ilə bağlı yalnışlıq gözə çarpırdı. Bu
çatışmazlığı əl yazmaları ilə tutuşdurub olduğu kimi
yazılıb.
M Ərğəvan
5.0
100% (1)