1
Yorum
0
Beğeni
5,0
Puan
1126
Okunma
indi öz , su kimi öz , özdə axışqan bilə bil .
öz üçün , öz özünə , buldu yeni can bilə bil .
bu alan kibriti söz , söz öpüş aldiqda kağız ,
yanğı şəklində ipəksu sevişir , qan , bilə bil .
iki qəlbin buluşu sev günü çılığın kül ara ,
bir kilit oldu deyə açqı gəzir , ban bilə bil .
böylə devrim köçürür əsgini , sözcük qadını ,
yoğurur səs çağasın , kim çalacaq çan bilə bil ?
sevişin tər beşiyindən , ötərək döl soluğu ,
quşqusuz bil qucuyur , hər yeri vulkan bilə bil .
pül verir dan küləyi , kül püləyi göydə gecə ,
söz doğur öz ilə üss , üss yeri insan bilə bil .
DIVAN-I ƏRĞƏVAN (24)
M.Ərğəvan
5.0
100% (1)