0
Yorum
0
Beğeni
5,0
Puan
1082
Okunma
Təbrizdə yalın yal olaraq elgünə düşdüm .
bir aşqın ucundan inanılmaz günə düşdüm .
vurğunluq ilə yer nədi göylərdə uçurdum ,
aldım quruşum çırpınaraq son tünə düşdüm ,
getmiş deyə şəklində ki ağlar gözü öpdüm ,
öpdüm öpüşün yandırıcı bürgünə düşdüm ,
qırdım səni ey qır çıçəyim dön məni sez gör ,
sənsiz necə alçaqlıq ilə pis dünə düşdüm .
hər bir görüşün bir mənidi anlamadım ki ,
keçmişdə səninlə yücə bir ön ünə düşdüm ,
döndün geri yalnızca yalınca bilə bildin ,
aşqın mənə pay düşmədi çün sürgünə düşdüm .
DIVAN-I ƏRĞƏVAN, SÜRGÜN (9)
M. Ərğəvan
04/02/2010
5.0
100% (1)