1
Yorum
0
Beğeni
5,0
Puan
1558
Okunma
durğun baxışı qoş gecə qoş, oy mənə , oy ver .
oy ver gün ipəksu hulunu, soy mənə , soy ver.
aç körpə umur göz ilə qızğın mən, içir , sən ,
iç-iç dəlim olsun kimi , sən , doy , mənə , doy ver .
yas yığvası bənzər deyil an , sev-sevil indi ,
əsruk düşü sal döşlər ara , toy mənə , toy ver .
ön imgəni çılğınca səril , aç , çiləsiz çil ,
sevdası soluq , yığvası qurd hoy , mənə , hoy ver .
gəl böylə geyimsiz önə düş , incə yavaş çön ,
əsnək yeri əsdirdə açıq qoy mənə , qoy ver .
soy içgisidir , içdiyim içgi gərəyim bil ,
öz varına dursun yiyə göy soy mənə , soy ver .
DIVAN-İ ƏRĞƏVAN- SEVİŞ (10)
M . Ərğəvan
05.02.2010
5.0
100% (2)