1
Yorum
0
Beğeni
5,0
Puan
1135
Okunma
necə doğdum gecə sözdən , neçə bir söz açıram söz!?
atasağın kimi emsiz , kora , gün-göz açıram göz .
sanmayın tanrı olub , hər zadı özdən biçir üssüm .
öz özü , mən özü , bir-bir özə , min öz açıram öz .
söz özün , güc yemi olmuş , dözü , zorgin içir anlar ,
demə zor andı bugün , sor-yanıtın , döz açıram döz .
döz uzun , çöz qısacıq , şahmata bənzər görüşümlə ,
indi gəl gör necə bir , kiş mat ilə çöz açıram çöz .
quru kirbit kimiyəm , çöp ucu əsrukda gügürdüm ,
bax çəlik soy kötüyün , iç üzünə köz açıram köz .
çaşma çaşdırma özü , biz özüdür , mən geri dönməz ,
Ərğəvanın üzünə dür yoğuru öz açıram öz .
DIVAN-I ƏRĞƏVAN, ÖZ (8) - M. Ərğəvan
M.Ərğəvan
30/01/2010
5.0
100% (1)