2
Yorum
0
Beğeni
0,0
Puan
1407
Okunma
(OVERTURA KİTABINDAN)
185
Min kilit
Könül dərisinə
Sancaqlayıb mən
Bu kilitlər
Canıma sarınıbda
Sınamadım
Dörd--on
Və dörd--on boyuca
Yol hamarsız
Və işgə
Keçidlər
Başdan--başa
Təhlükə
Kilitlərım ilə
Paylaşım deyə
Bir açar yoğurdum
Özdən
Və təkər--təkər sınanıbda
Hər bir kilit
Təhlükə doğudur
Təhlükə
Bu kən
Vay könlümə
Vay mənə
De !
Necə qorunsun mən
Könüldaş təhlükəsindən
Bunu
186
Bir gecənin
Min--bir tanığı deyir .
Və..
Dörd--on öncəsində
Ay qırığı qoxusuz
Kölgə
Kimsəsiz
Və araba şüşələri
Ögey
Və qurbət üşüdməsi
Bu şəhər ögeyliyinə
Nöqtəsiz
Aşır
Bu aşırımlar imgəsinə
Uruspuların
Öpüşü tanış
Və mən sərxoş
Ayaqlarım baş
Və baş
Ayaqlarımın
Topu
Bu səhnə
Var ilə yox
Arasında
Bir gerçək
Və özüm
Özümü seyr edərək
İti bir nəfəs
Bağrımı yarır
Daldan qabaqlara
187
Və inilti ara
Məni
Mən dinləyir
Şu deyim
Bütün zadların zadı
Və bu zad
Vırılıbda mənə
Aşqın variyam
Varlığıyam
Onsuz
Nə gərək
Var olmaq
Və onsuzluqda
İnsan oğlu insan
Və qadın qızı qadın
Dəyərsiz
Vitrinlərə
Satılır
Və binasız
Tavanlara atılır
O zad
Mavi duyğuların
Sel gəmisində
Raki qoxulu
Dan arasını dolaşır
Dəli-dəli
Mən kimi
Və yarpaqlar
Kölgəsini içirdə
Üşüyür
188
Və üşüdüm boyu aranır
O zad
Görən quşqudamı
Bəlkədəmi
Gizlənib
tapılmaz kimi
Bu nədən ilə
Yaxınlardan
Uzaqlara gedir
Bu gediş
Və bu
Qurbət küçəsi
Nöqtəsiz
Dalan sonucu
Və
Əlim yanağim göyərdərək
Boylu bir qadın
İmdadıma çatın
=Doğuram
Sədaqət
Hardasan
Ey sədaqət maması
Dedi :--
= O = .
Bu söz
Aradığım o zad
Və doğmadan
Doğma
Və dörd--on
189
Soraq tutduğumun adı
Daş vırdı ayağıma
Bu axtarış
Dadı
Sancı notunda
İmdadsız
Doğuş
Bəlkədən
Quşqudan
Qurtularaq
Gerçək mahnısını deyəcək
Sorulara
Və çırpıntılara
Ayaqlarım tutuqlanıbda
Qanadlanıram
Bu ögey şəhərə
Burası
Gəcil qapısı
= İyirmi =
Şurası
Gəcil qapısı
= On--səgiz =
Orası
Gəcil qapısı
= On-beş=
Şurası
Və orası
Bam--başqa .
Burası
Nə--ha
190
O çəlişgi
Şu çəlişgi
Nədir bitməz
Bu çəlişgi
Harayım
Haraysız
Və əllərim
Tanrıya yetib kimi
Bir qapıdan boylanır
Gənc qız
Bacaqlar
Topbuş
Və parlaq
Döşlərində
Əmiş təri
Aslaq .
Dodaqlarında
Diş
Və öpüş yeri
Boyaq
Və çırıl--çıplaq .
=Ehey
Alışlı
Verişli
Dəllal küçəsində
Sədaqət
Doğulamaz
Burda
Nə gəzir mama
Qapanır
191
Qapı
Kökündən əpriyir
Dünyamın sapı
Yorğun
Və mudsuz
Geri-geri
Və bulamadığımda diləyini
Duluxsanmış gözlər ilə
=Bilirəm
Ey sədaqət vurğunu
Dörd--on
Yorğunu
Araba dolu bu şəhərdə
Gənclər
Həşəri gövdələr küçəsinə
Parkına
Nəsilsız gedir
Və mən
Qıbləsiz
Kəfənsiz
Və adsız
Mazarda sevişib doğuram
Və beşiksiz qalacaq
Sədaqət
Bu bir həqiqət
Yoxdursa mama
Bir daha
Bir daha
Geri dön dolaş
192
Ah dünya
Ah
Dolaşıram
Harasızları
Və hardan
Hara
Aşır
İnilti dalğaları
Bu zaman boyası
Bu insan mayası
Danılmaz
Küçə--küçə
Şəhər--şəhər
Və ölkə--ölkə
Sədaqət maması
Tapılmaz
Bu yox payızı
Xuyuma kəsilib
Bayatılar
Qaşı qədər
Gözlərimdə gillələr
Gılənar yaşı qədər
O qaş
Bu yaş
Aradığımın oynaşı qədər
Yazıqlar olsun
Mənə yazıqlar
Bu yazıqlıq boyasına
Saniyə səssizliyi
Doğur saniyə
193
Və
Dəqiqə yoğrulur
Puçuq--puçuq
Və
Saat qanadlarına uçaraq
Dörd--on
Qadına calanıram yenidən .
Və gözlərini atıbda
Allaha
=Sən
Gözlərini üfüqlərin
İçinə salırsan
Və buludlar
Görəməyir səni
Bu sütül ucalıqdan
Mən alırsan
Bu zaman könlüm
Gözlərinləşir doğuram
Gözlərin aydın
Muradına çatdın
Ey yazqların
Qadası
Və səndəki
Sən
Sənin deyil
Ölülər küçəsi kimi
Hələlik yurduna sarın
Sonra
Gələrsən bəri
Və ...və
194
Gün
İşıq
Həftə
Quş
Ay
Sarmaşıq
Və il
Sərxoş
Zuğan-zuğan
Ələnir
Və inci kimi mıncıqlar
Saysız
Bunu
Min
Və bir gəcənin
Necəliyi deyir
Və bir çanaq zaman
Bir qaşıq toz
Buğlarıma
Calanır
Bax
Tüstü papağıma
Bir ağız
Xuruyat daraşır
Bu görüş
Ölülər küçəsiniə bənzər
Bir kilit yox
Min kilit
Könül dərisinə sancaqlayıb
Mən
195
Dolaşıram
Amansız
Arayıram
Gumansız
Hardadı
Sədaqət görən
Və mən önündə göyərir
Keçmişi həşəri qız
Və dodaqlarında həşiş
=Bir dəniz
Gələcəyini atıb
Hansı sədaqət
Hüzuruna gəlib
Ayaq izlərin
Mən susqun
Və dinməz
=Dinsəndə
Dinməsəndə
Dil açıb deyəcək
Gözlərin
Göz
Ala--ala
Sədaqət
Öksız qalıbda
Mark
Və dolara hovlanır
Ac aqlıb
Ölməsin deyə
Uruspu ərkəklərə
Ovlanır
196
Mən
Və sədaqət
Yasalar
Və insan muzeyinə
Quşqusuz görüş
Və
Könül dərisinə sancaqlanıb
Can bildiyin kilitlər
Uruspu doğur
Uru--spu
Bunu
Bir Gecənin
Min xuyu deyir ...
Berlin 16 İyul 2000
M. Ərğəvan