2
Yorum
0
Beğeni
0,0
Puan
1758
Okunma
172
Göy qurşağına bənzər
Ötərgi boya deyil
Bu gəliş
Və gerçək tanrısı kimi
Daldasında ağ doğuş
Öncəsində
Mavi qurtuluş
Bəsi
Ağ ilə mavi boyasında
Ölməzlik səsi
Və bir aləm nəfəsi
Bu gəliş
Bu bəs
Nardanasını qısqandırıbda
Əllərın
Bədənimi dolaşır
Və milyon göz həsrətlənir
Biz olan yeri
İlk kəz
Telqram atdın gözlərimə
Və park özləmi
Bizə uğur hörübdə
Vırıldım
İtimi
Və
Hekayələrimi sevdiyimdən
Artıq
Və baxışlarımız tutuşub
173
Sarışdıq
Bu sar xuyuna
Özləm parkı tanıq
Və pərdəsiz uzanıbda mənə
Nə dindin
Nə danışdın
Demə
Sus yaraşır aşqımıza
Və suscasına
Qabaqlar zirvəsini aşaraq
Daşqın baxışların
Qarış--qarış
Dənizləşir
Və dəniz təpər şarkılar
Şəfəq boyu
Sahilləşir
Və bənövşə gözündə
Göz yeri
Yanar kimi
Könlünü
Könlümə
Sarmaq dilərsən
Nə sız
Nə saz
Yalnız
Və yalnız
Aşq gözlərini gətirərsən
Böylə çalırsan
Və ucalırsan
Bu çalğı ucalığında
174
Aşıq qərib
Və qərıb aşıq
Mən deyib
Qopuz sazlayır
Və bir mahnı
Yanar dağda
Qürbət--qürbət
Sızlayır
Və mən
Saz ilə sızdan
Aşq gözlərini çalıb
Diləyinə barındım
Bu gözlər
Kirli boyalardan ıraq
Göz muncığı səpələr
Yerdən--yerə
Və basdığın torpaqı
Öpər olsun
Və sən diləyi doğulubda
İpək köynəyinə sən
Yoğurdun düymələr
Və onların yerinə
Oğurladığım aşq gözləri
Sarınaydı
Kaş
Bir daha
Sən aşqına sarınım deyə
Yağış olub
Əllərinə düşürəm
Və al qoynuna ərkəkliyimi
175
Yalqız bənövşə kimi
Öüşüyürəm
=Sus
Və özünə dön
=Nədən
=Bu sevgi alay
Biz
Başqa-başqa
Bir qalay
Sən savayi
Mən savayı
=Yox
Biz savayı deyil
Bilə sən
Aşq okuluna gedmədinki
Sözlərin
Sözümü
Oxusun
Və sən
Mən kimi
Virilmadın kı
Gözlərin
Gözümü
Qoxusun
Sən
Aşqıma alınsın deyə
Barmaqların
Aşq köynəyini
Toxusun
Bu dilək
176
Doğru bir olay
Olamaz alay
=Sus
=Nədən
=Gedirəm
=Hara
=Gözliyənim gilə
Olacağımı gözləyir bilə
=Lütfən sus
=Susamam
Bu son görüşdə
Gözlər
Sus gözlər
=Qal bu sabah
Qal
=Olanaqsız
=Onda ah
=Bu ah
Unudulacaq mənsiz
=Olamaz
=Biliərəm
Sona qədər qalamaz
=Onda
Ləhzələr ortasında
Gözlərini
Gözlərimə sal
=Yox
Ayaqlarım qaldırımlar
Geyinib
=Bir daha
177
Soruma yanıt
=Boş xəyal
Bu gediş sorusuz
Və yanıtsız gedir
=Diləyirəm qal
Qalmadın ki
Olsun
Borc aldığın öpüşlər
Həlalın olsun
Sar
Sarmadın kı
Olsun
Borcumun yerinə
Qaldırımlar
Hüzurum olsun
Və gətirdiyim aşq gözlərini
Özünlə apar ki
Susum sənsizliyi
Sənsiz qədər
Həsrət parkında
Ancaq
Unudma
İlk görüş
Və bakirə öpüş
Teatrını
Orada
Duyğularımız daşlanaraq
Arındıq özgə boyalardan
Bu gediş
Mənsizliyi alıbda
178
Bir ovuc sancı
Və qorxu doğur
Sən isə qanadlanıb
Susurluq yoğurur
Və mən gözləri
Qaldırımlarda
Portağal kimi
İndi sənliyin
Ötərgi duyğulara qanıb
Savayı qoynuna daşlanır
Bu qaynarlıq
Boşuna daşqınlanır
Və hisslər sönübdə
Çaxır şüşəsinə
Küçə qurbanlığı
Və mən
Köksü üstündə
Bir bardaq ah
Burasızlaşıram
Buda bir gediş
Və yarış
Bu ah
Qəm tütəyinə
Bir dünya və
Bulduğumuz aləmi yaxır
Bu gediş səsi
Səndən aldığım
Tiryaklı öpüşlərin
Təhlühəsi
Hadı
179
Get--get
Uğurlar olsun
Uğurlar
Və bizi
Oğurladı bizdən
Oğrular
Bu anda
Sanci sələmi qalıbda
Mənə
Parçalandım
Yüz yerə
Hər yüzə bir çıraq mən
Və nur verəli yuzlərə
Öz qədərim çıraqsız
Və park özləmi dodasız
Bu kən
Gözlərimdəki yalqızlıq
Düşüncələrim ələnir
Anilar yorğunu kimi
Və
İçimdə gərgin çoqun
Bu çoqun
Nisgil bayatılı ruman
Baxışlarımın sətirlərinə
Və birə min dağ
Və qalın qat guman
Bu duman imgəsinə
Ağaclar dalsız
Və doğulmamışlar yalsız
Quşlar
180
Qanadsız
Və çəliyin ox sırğasına
Düşür damlalar
Qanlı--qansız
Və qurdlar
Adlı adsız
Və yuvasız
Hara gəlir doğur
Və cocuqlar muzeyi
Ulusum qədər
Pasportsuz
Və bu yol boyu
Otubanlar körpüsü
Uçuq
Binaların üzü torpaqda
Buruq
Və qırıq
Və minarələr azansız
Kəlisalar çansız
Və biz sonucu
Şoşablar fabrikasında
Aybaşı
Və
Çaylarda vodka şüşələri
Balıq yası
Və disko barlarda
Bəyaz tozuna boyalanmış
Oyuncaqlar
Muşambasız
Bu uyğarlıq
181
Mən içərək
Bir bardaq
Arpa suyunu
Bir bardaq
Göz ışığını
Gün batana kim
Udqunuram
Və görüş masası arxasında
Gözlərını görmədən
Qalıram
Və köksümdə
Bozqır sevdanın tarı
Lal
Və bir mən
Birdə ağrılar
Və özlüyümə daşınıbda
Hər zad bəlirsiz
Və susqun duman
Və duman altı
Geri--geri
Bir əsir
Qorxu
Və
Həyəcandan əsir
Və hara
= O =
Ağacsız dara
Tələsir
=E--hey
Oradan ötən
182
=Hə
=Park özləmində bir qiz
Gördünmü
=Hə
=Hansı payızda
=Dün
=Və sonra
=Hə
Apardı sar öz ilə ...
Özümə daşınıbda
Parasızlıq
Mudsuzluq
Üşüdəmədi
Ancaq
Muzey körpəsi
Qaranlıqdan qorxduğu kimi
Sevgidən
Və
Ərkək fahşələrdən
Qorxuram
Bu görüntü
Gövdəsəl ərkəklərin
Fahşəliyi və
Uruspudan
Yoğrulan nədəni
Bu nədən könlümə
Yapışqan olubda
Gözlərimin altında
Park
Balkon
183
Və
Dənizdə boğulmuş şəhər
Ey yüyənsiz axşamlar
Axşamlar yüyənsiz
Sevgimi yoğuran
Ötər kən parkıdan
Radiyo qapanıb
Və dizlərim ovcumda
Tiryak mövsumu
Dedi
Xəyalın uçaq olsada
İtirib xəritəsini
Unud və
Unudul
=Sözdə nəvarki
Varlığıma yetim bilə
Ayaqlarım
Çırpıntılar
Və hayıf
= Ona =
Gələcək deyib
Vırıldım
Və onun yerinə
Bir çiçək sevsəydim
Məni ipəksu qoxuyardı
Dörd fəsil xuyu
İlk kəz
Bir baxışlıq alındım
Və son kəz
Kəhlik olub
184
Ucalığı çaldım
Və
Bu ləhzə
Bir qara çiçək
Gözlərim
Susadığı yerdə
Berlin 2001
M. Ərğəvan